X
Redaksiyanın seçimi

AZAL Bakıdan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya barədə elan edir

Keçirilmə müddəti:

Başlama tarixi: 10.10.2017  Bitmə tarixi: 29.10.2017
Məlumat əlavə edilib: 10.10.2017
0 oktyabr 2017-ci il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan yeni istiqamətlərə - Banqkok və Ciddəyə uçuşlara yeni aksiya barədə elan edir.

Oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək.

Qiymətə bütün rüsum və yığımlar daxildir.

Aksiya çərçivəsində uçuş tarixləri: 2017-ci il oktyabrın 29-dan 2018-ci il martın 1-ə kimi. Sözügedən reyslər komfortlu Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Qış ayları Banqkoku ziyarət etmək üçün ən əlverişli vaxt hesab edilir. Tayland paytaxtına turistik görməli yerləri ziyarət etmək, canlı gecə həyatı və hər zövqə uyğun əyləncə üçün üçün getməyə dəyər. Tayland mətbəxi bir çox turistin Banqkok səfəri üçün daha bir səbəbidir. Ekzotik, qeyri-adi və sərfəli Tayland yeməkləri ən tələbkar qurmanı belə razı sala bilər.

Qış fəsli həmçinin Səudiyyə Ərəbistanı da səyahət etmək üçün çox uğurlu vaxtdır. Ölkənin qərbində yerləşən Ciddə şəhəri həcc ziyarətinin mərkəzi kimi məşhurdur. Burada XX əsrin sonlarında yaradılmış müasir heykəltəraşlıq abidələri geniş şəkildə təqdim olunur. Şəhər və ətrafında çoxsaylı qum çimərlikləri mövcuddur. Yaxın mərcan riflərində dayvinq burada çox məşhurdur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az. Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az. saytındakı əlaqə forması vasitəsilə göndərmək olar. https://www.facebook.com/azalqsc/photos/a.161386287286964.37029.161116977313895/1545349652223947/?type=3&theater
Baxışların sayı180
Reytinq0/ 0

Şirkətin son elanları

  • Azerbaijan Airlines: “Buta Airways”in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq

    Azerbaijan Airlines: “Buta Airways”in aviabiletlərinin qiyməti 29 avrodan başlay

    Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta A
    Baxışların sayı594
    Reytinq0/ 0
  • AZAL dan endirim kompaniyası

    AZAL dan endirim kompaniyası

    Aşağıdakı istiqamətlər üzrə aviabilet qiymətləri e
    Baxışların sayı3278
    Reytinq0/ 0
  • «Azal Miles» proqramı

    «Azal Miles» proqramı

    “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə uçduğunu
    Baxışların sayı2190
    Reytinq0/ 0

Kateqoriyanın digər elanları

  • RVS Travel-dən Praqa freestyle Yeni il turu

    RVS Travel-dən Praqa freestyle Yeni il turu

    Praqada Yeni il
    539 avrodan başlayan qiymətlərlə
    Baxışların sayı34
    Reytinq0/ 0
  • RVS Travel-dən Praqa + Vyana + Drezden turu

    RVS Travel-dən Praqa + Vyana + Drezden turu

    Praqa + Vyana + Drezden turu.
    269 avrodan başlaya
    Baxışların sayı75
    Reytinq0/ 0
  • RVS Travel-dən Praqa + Berlin turu

    RVS Travel-dən Praqa + Berlin turu

    Praqa + Berlin turu.
    259 avrodan başlayan qiymətl
    Baxışların sayı126
    Reytinq0/ 0
  • RVS Travel-dən Tbilisi Yeni il turu

    RVS Travel-dən Tbilisi Yeni il turu

    Yeni il Tbilisi turu.

    230 usddən başlayan qiym
    Baxışların sayı135
    Reytinq0/ 0
  • RVS Travel-dən Dubay Yeni il turu

    RVS Travel-dən Dubay Yeni il turu

    Dubay Yeni il turu

    630usd-dan başlayan qiymətlə
    Baxışların sayı236
    Reytinq0/ 0
AZAL Bakıdan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya barədə elan edir

Azərbaycan Hava Yolları

Əlaqə

Ünvan:

Bakı şəhəri, Nizami küç., 84
Telefonlar:
(+99412) 598-88-80

Veb-sayt:

www.azal.az