endirimler.az


Fonex abunəçiləri üçün CATEL şirkətinin tarif və xidmətlərinin 29.05.2009-cu il tarixli icmalı
Yerləşdiyi yerdən asılı olmayaraq, şəhər nömrəsindən istifadə etmək istəyənlər üçün gözəl imkan yaranmışdır. Catel şirkəti stasionar rabitə xidmətlərini təklif edir. Şirkət dilerlərindən şəhər nömrəsi (040) qoşulan CDMA standartlı mobil dəstək alırsınız. Aparat zahirən istənilən digər mobil aparata bənzəyir, onun kimi yığcam və yüngüldür, ancaq dizaynı və texniki imkanlarına görə mobil aparatdan geri qalır. Siz onu Catel şirkətinin dilerləri olan xüsusi mağazalarda əldə edə bilərsiniz.
Stasionar rabitə abunəçiləri üçün üç paket: Optimal – 300, Optimal – 900 və Universal paketləri mövcuddur. Hər biri üçün ilkin ödəniş 5 AZN, qoşulma qiyməti isə 10 AZN təşkil edir.
Paketlər | Aylıq abunə ödənişi | Pulsuz efir vaxtı (dəq.) | Fonex şəbəkədaxili zəngin dəqiqəsi (qəp.) | Yerli şəbəkədən və yerli şəbəkəyə zəngin dəqiqəsi (qəp.) | Digər mobil operatorlara zəngin dəqiqəsi (qəp.) | Beynəlxalq zəngin dəqiqəsi (qəp.) | SMS (qəp.) |
Optimal – 300 | 5 | 300 | 9 | 2 | 15 | 9 | 3 |
Optimal – 900 | 10 | 900 | 7 | 2 | 14 | 9 | 3 |
Universal | 20 | 0 | 6 | 0 | 13 | 9 | 3 |
Pulsuz efir vaxtı yerli şəbəkə və şəbəkədaxili zənglərdə tətbiq edilir. İstifadə olunmamış efir vaxtı növbəti aya keçmir.
Qeyd edək ki, ikinci nəsil mobil rabitə standartları ilə müqayisədə CDMA 2000 İx” texnologiyası bir sıra üstünlüklərə malikdir. Onların sırasında standartın ekoloji yararlığı, böyük şəbəkə tutumu, verilənlərin yüksək sürətlə ötürülməsi (153 kbit/san), analoqlu və rəqəmli faksın dəstəklənməsi və s.
“Birinci” tarifi bütün yeni Fonex abunəçiləri üçün ilkin tarifdir. Qoşulma qiyməti 10 AZN, “Fonex” şəbəkədaxili danışıq dəqiqəsi – 1 qəp., digər operatorların nömrələrinə zəngin dəqiqəsi – 11qəp., 1 Mb mobil İnternet dəqiqəsi – 10 qəp., şəbəkədaxili SMS – 1 qəp. təşkil edir. Bununla yanaşı, daxil olan zənglərin pulsuz olması sevindirici haldır.
Beynəlxalq rabitəyə qaldıqda isə, burada qiymətlər digər operatorların təyin etdiyi qiymətlərə yaxındır. MDB və Baltikyanı ölkələrə zəngin dəqiqəsi 36 qəp., İran və Türkiyəyə - 45 qəp., Amerikaya, Avropaya və s. - 54 qəp. təşkil edir.

