endirimler.az

endirim_left

Nar mobile abunəçiləri üçün tarif və xidmətlərin 27.05.2009-cu il tarixli icmalı

Operatorun bütün nömrələri abunə nömrələridir. Gərək yeddi tarif paketindən hansı sizin üçün daha cəlbedici olduğu haqda qərar verəsiniz. Söhbətcil, Nar Mobile Məkanı, Rəngarəng Zövqlər (Rejim - 1,2), Tələbə adlı paketlər üzrə aylıq abunə ödənişi 0,00 AZN, Məqsədə Doğru və Xoş Xəbər paketləri üzrə - 2 AZN, Həvəskar paketi üzrə - 3 AZN təşkil edir.

Misal üçün, son tarif paketlərindən biri olan Söhbətcil paketini götürək. Bu, abunə ödənişi olmayan və ilkin ödənişli hesablamalar sisteminə əsaslanan tarif planıdır. Sizin şəbəkədaxili danışığınız 3 dəqiqədən artıq uzanırsa, bu tarif paketindən istifadə etmək əlverişlidir. Birinci danışıq dəqiqəsi üçün sizdən 9 qəp., ikincisi üçün – 6 qəp., üçüncü və ondan çox dəqiqələr üçün – 3 qəp. tutulacaq.

Zənglər nisbətən ucuz başa gəlir, ancaq nəzərə alın ki, bu halda sizə Sevimli Nömrə xidməti təqdim olunmur. Tariflər günün istənilən saatlarında dəyişməz olaraq qalır.

Əgər siz Nar Mobile abunəçisi olaraq, tez-tez dostlarınıza bu şəbəkəyə qoşulmağı məsləhət edirsinizsə, o zaman şəbəkə daxilində 60 dəqiqə ərzində pulsuz danışmaq imkanı əldə edirsiniz! Bunun üçün kifayətdir ki, yeni Nar Mobile abunəçiləri olan dostlarınız sizin nömrənizi tövsiyəçi-abunəçinin nömrəsi kimi SMS-lə göndərsin. SMS göndərdikdən dərhal sonra həm yeni abunəçi, həm tövsiyəçi şəbəkədaxili danışıq üzrə 60 dəqiqə həcmində bonus alır. Bonuslar ilin sonunadək hər ay hər iki abunəçinin balansına köçürülür. Şərt olaraq, yeni abunəçi heç olmasa ayda bir dəfə balansına istənilən nominalda ödəniş kartı yükləməlidir.

Nar Mobile-da şəhər nömrələri və ölkədaxili digər operatorların nömrələrinə bir zəngin dəqiqəsi 12 qəpik təşkil edir.

Pik saatlarında MDB və Baltikyanı ölkələrə beynəlxalq zənglərin 1 dəqiqəsi 40 qəp., Türkiyə, İran və Avropa ölkələrinə - 45 qəp. təşkil edir. Gecə saatlarında zənglər 10 qəp. ucuzdur.
Respublika daxilində və ondan kənarda SMS qiyməti 6 qəp. təşkil edir.
Hər 10 KB İnternet dəyəri 1 qəp. təşkil edir.

Nar Mobile operatorunun əhatə zonası ölkə ərazisinin 80%-i təşkil edir.