endirimler.az


Cin Kart abunəçiləri üçün BAKCELL şirkətinin tarif və xidmətlərinin 26.05.2009-cu il tarixli icmalı
Bakcell şirkətinin xidmətləri sahəsində “Mənim ərazim” ən son yeniliklərdən biridir. Cin Kart və Klass abunəçiləri üçün yeni xidmət nəzərdə tutulmuşdur. Bu xidmətə qoşulduqda, qeydiyyata alındığı ərazidə abunəçilər digər Bakcell abunəçiləri ilə pik saatlarında 25% endirimlə danışmaq imkanı əldə edir.
Cin Kart abunəçiləri öz balansına müxtəlif dəyərli sketç-kart vasitəsilə kontur yükləyə bilər: kart nə qədər bahadırsa, balansınıza o qədər çox kontur əlavə edilir. 1 AZN nominalında sketç-kart 300 kontur təşkil edir. 20 AZN ödədikdə isə, siz 11250 kontur əldə edəcəksiniz.
Şəbəkədaxili zənglərin üç saniyəsi iki kontura bərabərdir. Əgər siz hər hansı iki Bakcell nömrəsini “sevimli nömrə” kimi seçməyə imkan verən “Sevimli nömrə” xidmətindən istifadə etsəniz, seçilmiş nömrənin sahibi ilə 4 saniyəyə 1 kontur tarifi ilə danışa bilərsiniz.
Yerli şəbəkə və digər operator nömrələri üzrə danışıq saniyəsi 1 kontura bərabərdir. Bu tariflər istənilən saatlarda qüvvədədir.
Beynəlxalq zəngləri gecə saatlarında, yəni saat 00:00-dan 08:00-dək etmək daha əlverişlidir, bu vaxt danışıq qiyməti pik saatlarındakından bir qədər (1 kontur) azdır. MDB və Baltiya ölkələri ilə bir danışıq saniyəsi 2 kontura, Türkiyə və İranla – 3 kontura, Avropa, Amerika və s. ölkələrlə - 4 kontura bərabərdir.
Şəbəkədaxili və Bakcell şirkəti ilə rouming müqaviləsi bağlamış xarici operatorlar daxil olmaqla, digər şəbəkələr üzrə bir SMS qiyməti 12 kontura bərabərdir.
Yaxınlarda şirkət, nəhayət, EDGE sürətli İnternet texnologiyasını tətbiq etməyə başlamışdır. Hər istifadə olunmuş 40 Kb-yə siz 4 kontur sərf edəcəksiniz.
Bakcell rabitəsi, praktik olaraq, bütün respublika ərazisində yayılmışdır. Onun əhatə zonasına, işğal olunmuş ərazilər istisna olmaqla, 80 faizdən çox ərazi daxildir.

