endirimler.az


SimSim abunəçiləri üçün AZERCELL şirkətinin tarif və xidmətlərinin 26.05.2009-cu il tarixli icmalı
Əgər siz SimSim abunəçisisinizsə və gəncsinizsə, (yaxud, heç olmasa, ürəyinizdə özünüzü gənc hiss edirsinizsə), o zaman bəxtiniz gətirib. Belə olan halda, siz “Maksimum Gənc” adlı xüsusi imtiyazlar, endirimlər və bonuslar proqramından istifadə edə bilərsiniz. SMS vasitəsilə qoşulduqdan sonra siz pulsuz 77 SMS və 77 MMC, həmçinin endirim və bonuslara daxil olmaq üçün 10 rəqəmli parol əldə edirsiniz. Hazırda aşağıdakı aksiyalar keçirilir: Futbol proqramı, İngilis dili proqramı, İnternetCELL proqramı, Boulinq proqramı, ABC və GRAND-dan CD&DVD proqramı, McDonald’s və Xüsusi kinoseans proqramı.
McDonald’s proqramının istifadəçiləri iş günləri, saat 14:00-dan 18:00-dək McDonald’s restoranlarında “Biq Mak” və ya “Hamburger” menyusunu aldıqda, ikinci menyunu pulsuz əldə edir. ABC və GRAND-dan CD&DVD proqramının istifadəçiləri iş günləri, saat 11:30-dan 15:30-dək ABC yaxud GRAND dükanlarından bir CD və ya DVD disk aldıqda, ikincisini pulsuz əldə edir. İngilis dili proqramının istifadəçiləri ingilis dili kursları üçün 40 faizlik endirimlə ödəniş edə bilər. Kurslar saat 10:00-11:30-da və ya 13:30-15:00-da EF English First məktəbində keçirilir. Əgər siz Xüsusi kinoseans proqramının istifadəçisisinizsə, o zaman, “Azərbaycan” kinoteatrında gündüz seansına bir bilet aldıqda, ikincisini pulsuz əldə edirsiniz.
Azercell-dən daha bir əlverişli tarif – “Bizdən Bizə” tarifidir. Bu, bütün yeni SimSim abunəçiləri üçün ilkin tarifdir, ancaq bu tarifə köhnə abunəçilər də qoşula bilər. Azercell şəbəkə daxili zənglər zamanı, pik saatlarında 1 kontur 2 saniyəyə, gecə saatlarında isə 1 kontur 3 saniyəyə bərabərdir. Digər yerli operatorların abunəçilərinə zəng etdikdə, günün istənilən saatlarında 1 kontur 1 saniyəyə bərabərdir.
Konturların pula çevrilməsi üçün balansında 2500 kontur olan 10 AZN nominalında sketç-kartdan istifadə edirik. Bu halda 1 kontur 0,04 AZN-ə, yəni 4 qəpiyə bərabər olacaq.
“Əzizlərim” kampaniyasına qoşulanar (“Dost-tanış” – Sevimli nömrə xidməti əsasında) 3 Azercell nömrəsinə və 1 yerli stasionar şəbəkə nömrəsinə endirimlə zəng edə bilər. Azercell nömrələrinə edilən zənglərə endirim 5 saniyəyə 1 kontur, yerli stasionar şəbəkə nömrələrinə edilən zənglərə endirim 3 saniyəyə 1 kontur təşkil edir.
Azercell-in əhatə zonası respublika ərazisinin 80%-ni təşkil edir. Abunəçilər təkcə metro stansiyalarında deyil, qatarın hərəkəti zamanı qatarda olarkən belə danışa bilər.

