endirimler.az

endirim_left

Mobil rabitə operatorlarından ən son xəbərlərin icmalı (17.02.2010)

Hər yeni ilin əvvəli hadisələrlə zəngin olur. Bu vaxt, adətən, yeni il aksiyaları başa çatır və alıcılar şirkətlərin yeni tarifləri ilə tanış olur. Mal və xidmətlərin qiyməti nadir hallarda Yeni il qabağı olduğu kimi qalır. Adətən, biz onların ya enməsini, ya da ki yüksəlməsini müşahidə edirik. Biz 2010-cu ilin əvvəlində mobil rabitə operatorlarının nə kimi qiymətlər təklif etdiyi barədə maraqlandıq. Araşdırmalarımızı sizinlə də bölüşürük.



AZERCELL

Sketç-kartların tarifləri
SimSim-kartlardakı konturlara gəldikdə isə, qeyd etmək lazımdır ki, əvvəlki göstəricilərlə maqayisədə onların sayı xeyli azalmışdır. İndi nominalı 1 manat olan sketç-kartın balansında yalnız 200 kontur olur ki, bu da əvvəlkindən iki dəfə azdır. Xatırladırıq ki, öncəki kampaniyadan əvvəl bu nominalda olan sketç-kartın balansında 320 kontur olurdu. Hazırda SimSim-kartların qiymətləri və balansları aşağıda göstərildiyi kimidir:

Qiymət, AZN
Konturların sayı
GəncSim və Bizdən Bizə abunəçiləri üçün istifadə müddəti
Açıq Xətt abunəçiləri üçün istifadə müddəti
1,00200714
2,004503060
5,00130060120
10,00300090180
20,007000180360
40,0014500360720


Zənglər üçün tariflər
Ümumilikdə, şirkətin tarif planı dəyişilməmişdir. Şəbəkədaxili zənglər, digər operatorların zəngləri və beynəlxalq zənglər üzrə qiymətlər hələ ki əvvəlki kimi qalır. Yəni BizdənBizə tarifinin abunəçiləri üçün Azercell şəbəkəsi daxilində zənglər pik saatlarında 1 kontur / 2 saniyə, gecə saatlarında isə 1 kontur / 3 saniyə təşkil edir. Digər yerli operatorların abunəçilərinə zənglər istənilən saatda 1 kontur / 1 saniyə təşkil edir. Bütün SimSim abunəçiləri üçün İran, Türkiyə, Avropa və Amerika ölkələri istiqamətində beynəlxalq zənglər pik saatlarında 1 saniyə / 3 kontur, gecə saatlarında isə 1 saniyə / 2 kontur təşkil edir. MDB və Baltikyanı ölkələrə zənglər pik saatlarında 1 saniyə / 2 kontur, gecə saatlarında isə 1 saniyə / 1,5 kontur təşkil edir.Super BizdənBizə tarif paketində bəzi dəyişikliklər edilmişdir. Тарифы для абонентов Super BizdənBizə abunəçiləri üçün tariflər: şəbəkədaxili danışığın 3 saniyəsi (əvvəlki 4 saniyəyə qarşı) 1 kontur təşkil edir. Digər yerli operatorlara zənglər 2 saniyə / 3 kontur (əvvəl isə 1 saniyə 2 kontur idi) təşkil edir.



BAKCELL şirkəti

Sketç-kartların tarifləri
CinKart abunəçiləri üçün sketç-kartların qiymət və balansları əvvəlki kimi qalır, yəni 1 AZN nominalında olan sketç-kart 300, 2 AZN – 700, 6 AZN- 2,400, 10 AZN - 5,000 və 20 AZN- 11,250 kontur təşkil edir. Hər bir sketç-kart üzrə bonusların sayı artmağa doğru dəyişmişdir, yəni sketç-kartın nominalı nə qədər çoxdursa, onun üzərinə o qədər çox bonus hesablanır. Əgər əvvəl ən yüksək bonus 200 kontur təşkil edirdisə, indi bu rəqəm 750-yə dək artırılmışdır.




Qiymət, AZN
Kontur
+ kampaniya bonusları
Cəmi
Konturların yukləndiyi gündən etibarən istifadə müddəti
1,00300+ 15045010 дней
2,00700+ 25095030 дней
6,002400+ 5002900150 дней
10,00 5000+ 5005500150 дней
20,0011250+ 75012000150 дней


Tarif planı
1 fevral 2010-cu il tarixindən sonra Cin-nömrə almış abunəçilər üçün ilkin tarifikasiya intervalı qaydası tətbiq edilir. Zəngin ilkin tarifikasiya dövrü ən azı 15 saniyə təşkil edir (daha ətraflı aşağıdakı cədvəldə izləyin). Minimal interval bitdikdə zəngin tarifi hər saniyə üzrə təyin edilir.


 
Zaman (saniyə)
Dəyər (kontur)
Zəngin minimal tarifikasiya intervalı (saniyə)
Minimal tarifikasiya intervalının dəyəri (kontur)
“Sevimli Nömrə”lərə41164
“Mənim Ərazim” endirimilə (pik saatlarında)21168
“Mənim Ərazim” endirimilə (qeyri-pik saatlarında)31605
Bakcell nömrələrinə (pik saatlarında) 321510
Bakcell nömrələrinə (qeyri-pik saatlarında)121605
Şəhər xəttinin istənilən nömrəsinə111515
Digər mobil rabitə operatorlarının nömrələrinə 111515
Beynəlxalq nömrələrə (zona 1) – MDB ölkələri (pik saatlarında) 131545
Beynəlxalq nömrələrə (zona 1) – MDB ölkələri (qeyri-pik saatlarında)121530
Beynəlxalq nömrələrə (zona 2) – Türkiyə və İran (pik saatlarında) 141560
Beynəlxalq nömrələrə (zona 2) – Türkiyə və İran (qeyri-pik saatlarında) 131545
Beynəlxalq nömrələrə (zona 3) – Avropa, Amerika və digər ölkələr (pik saatlarında) 151575
Beynəlxalq nömrələrə (zona 3) – Avropa, Amerika və digər ölkələr (qeyri-pik saatlarında) 141560
Səsli poçta111515
SMS (o cümlədən, “Sevimli nömrə”yə) 12 12
Balansın yoxlanılması 2 2
Məlumat mərkəzinə 10 10


YeniliklərBakcell şirkəti ilin əvvəlindən öz abunəçiləri üçün iki yenilik tətbiq etmişdir. Bu, konturların kreditlə təqdim edilməsi və hesabın onlayn ödənilməsi xidmətləridir.

Birinci xidmət növü, hətta balans tamamilə boş olduqda belə, zəng etməyə, SMS göndərməyə və internetdən istifadə etməyə imkan verir.

Bu xidmətdən öz hesabına, bonus konturları daxil olmaqla, ən azı 5000 kontur yükləmiş abunəçilər istifadə edə bilər. Kreditlə verilən konturların sayı 300, xidmətə görə ödəniş isə 60 kontur təşkil edir.

“Onlayn rejimində hesabın ödənilməsi” xidməti şirkətin rəsmi saytı vasitəsilə hesabların ödənilməsi və balansın yuklənilməsi üçün nəzərdə tutulur. Mobil xidmətlərini “Visa/Visa Eleсtron” və “Mastercard/Maestro” ödəniş kartlarından birinə malik olan Bakcell abunəçiləri ödəyə bilər.



NAR mobile

Bu gün bu operatorun tariflərində hələ ki əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Mövcud olan 8 tarif paketinin qiymətləri ötən ildə olduğu kimi qalır.



CATEL

Stasionar rabitə
Tariflər əvvəlki kimi qalır. Xatırladırıq ki, stasionar şəbəkə abunəçiləri üçün 4 paket mövcuddur: Optimal – 300, Optimal – 900, Universal və "Universal - 10". Hər birində ilkin minimal ödəniş 5 AZN, qoşulma haqqı isə 10 AZN təşkil edir.Bu paketlərin tarifləri öncə təsvir olunmuşdur.

Tarif planları
Şirkətin hazırda mövcud olan tarif planları aşağıda göstərilmişdir:

Tarif planları
Qoşulma
İlkin minimal ödəniş
Ayda abunə ödənişi
Pulsuz efir vaxtı
«FONEX» daxilində zəngin dəqiqəsi
Digər şəbəkələrə zəngin dəqiqəsi
Şəbəkədaxili SMS
Birinci10 AZN-0 AZN0 минут0,01 AZN0,11 AZN0,01 AZN
Bərabər.az10 AZN0 AZN0 минут0,10 AZN0,10 AZN0,03 AZN
Active plus10 AZN5 AZN6 AZN0 минут0,01 AZN0,09 AZN0,03 AZN
Exclusive10 AZN5 AZN21 AZN300 минут0.01 AZN0.07 AZN0.03 AZN
Corporate light10 AZN5 AZN0 AZN0 минут0,01 AZN0,09 AZN0,03 AZN


SMS
Təqdim olunan xidmətlərə dair son dəyişikliklər şirkət tərəfindən ötən ilin axırında həyata keçirilmişdir. 2009-cu ilin oktyabr və dekabr aylarında şirkət SMS-lərin göndərilməsi ilə bağlı iki yenilik tətbiq etmişdir. Onlardan birincisi Respublikada mobil rabitə üzrə bütün GSM-operatorları ilə (Azercell, Bakcell və NarMobile) SMS mübadiləsi üçün pullu xidmət olmuşdur. CATEL/FONEX abunəçiləri üçün bir qısa SMS-in qiyməti 0,05 AZN (ƏDV daxil olmaqla) təyin edilmişdir. İkinci yenilik şirkətin saytından gün ərzində 10 pulsuz SMS göndərmək imkanı ilə bağlıdır. Bu xidmət CDMA standartı üzrə həm mobil rabitə, həm də stasionar rabitə abunəçiləri üçün nəzərdə tutulur.

Məqalədə yuxarıda göstərilən operatorların rəsmi mənbələrində verilən məlumatlardan istifadə olunmuşdur.
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
17.02.2010