endirimler.az

endirim_left

“Bakı Sığorta” şirkətinin müxtəlif növ sığorta xidmətləri üçün tariflər üzrə icmal (01.02.2010-cu il)

Bu gün sığortalanma əmlakı, səhhəti və həyatı qoruyan yeganə vasitədir ki, maliyyə vasaiti ilə ödənilməsinə zəmanət verir. Sığortalanmanın mahiyyəti gələcək barədə insanda əminlik yaratmaqdan ibarətdir.

Azərbaycanda sığorta bazarı tədricən genişlənir. Müxtəlif sığorta növlərini təklif edən bir çox şirkətlər mövcuddur. “Bakı Sığorta” şirkəti sığorta bazarında 2007-ci ildən etibarən fəaliyyət göstərən gənc sığorta şirkətlərindən biridir. Onun təsisçiləri “Bank Respublika” ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslərdən ibarətdir. Şirkət 24 növ sığorta xidmətlərinin göstərilməsi üzrə lisenziyaya malikdir.

“Bakı Sığorta” şirkətinin 2009-cu ildə tор 5 məşhur sığorta növləri

Fiziki şəxslər

Sığorta növləri
Bağlanılan polislərin sayı (919)
Satiş həcmin faiz nisbəti
Səyahət sığortası58363,44%
Nəqliyyat vasitələrinin sığortası31734,49%
Əmlak sığortası 131,41%
Yanğın icbari sığortası50,55%
Kənd təssərüfat sığortası10,11%



Hüquqi şəxslər

Sığorta növləri
Bağlanılan polislərin sayı (919)
Satiş həcmin faiz nisbəti
Nəqliyyat vasitələrinin sığortası34964,75%
Yanğın icbari sığortası8115,03%
Yük sığortası 6912,80%
Məsulliyət sığortası142,60%
Əmlak sığortası 101,86%
Fərdi qəza və xəstəlik sığortası71,30%
Bank riskləri sığortası 61,11%
İşəqötürənin məsulliyyətinin sığortası30,55%


Bu istiqamətdə fəaliyyət göstərən hər hansı digər şirkətdə olduğu kimi, “Bakı Sığorta”şirkətində də bu gün 4 sığorta növü əhali arasında daha çox populyardır. Bu, səyahət, avtomobil sığortası, əmlakın yanğından və əlavə risklərdən və bədbəxt hadisə və xəstəliklərdən sığortalanması növləridir.

Yəqin, səyahətlərin sığortalanmasına ona görə üstünlük verilir ki, qərib ölkədə fövqəladə vəziyyət yarandıqda yardım almaq son dərəcə çətin olur. Avtomobil vasitəsinə gəldikdə isə, bu obyekt, onun qorunub saxlanılması nöqteyi nəzərdən, kənardan təsirə ən davamsızdır.

Gəlin, bu və digər sığorta növlərini nəzərdən keçirək.

Səyahətlərin sığortalanması

Səyahətə yollanarkən, şəxsi rahatlığınız üçün səyahətçi sığorta polisini əldə etmək faydalı olar. Gözlənilmədən xəstəlik və ya bədbəxt hadisə baş verdikdə, polis sığorta xidmətləri paketi turistlərə xaricdə vaxtlı-vaxtında göstərilən yüksək səviyyəli peşəkar tibbi yardıma görə xərcləri ödəyir.

Sığorta edən xaricdə ambulator və stasionar müalicə, dərmanların dəyəri, təcili stomatoloji yardım, xəstənin daşınması və s. daxil olmaqla, vətəndaşların fövqəladə tibbi məsrəflərini ödəyir.

Sığorta polisinin dəyəri səfər müddətindən və səyahətçinin yollandığı ölkədən asılı olur. Bir qayda olaraq, ölkə səfirlikləri vizanın alınması üçün zəruri olan ödəmə limitini müəyyən edir. Belə ki, məsələn, Şengen ölkələri vizanın verilməsi üçün 50 000 USD məbləğini ödəyəcək bu növ sığorta polisinin təqdim olunmasını tələb edir. Digər xarici dövlətlər üçün 20 000 USD və s. məbləğində ödəmələr kifayət edir. Müştəri ona təklif olunan tarif cədvəlindən lazımi ödəmə məbləğini seçib, ona müvafiq olan, gündəlik tarifini səfər günlərinin sayına vurduqda alınan məbləği ödəyir. Əgər müştəri 50 000 USD məbləğindən daha çox ödəmə (məsələn, 80 000 USD, 100 000 USD və s.) almaq istəyirsə, bu da mümkündür. Sığorta şirkəti onu maraqlandıran ödəmə məbləği üçün nəzərdə tutulmuş gündəlik tarifi hesablayır. Qeyd etmək lazımdır ki, istiqamət alınan ölkə tarifin yaradılmasında rol oynamadığına baxmayaraq, bu ölkənin adını göstərmək lazımdır, çünki onun adı polisə daxil ediləcək və ödəmə yalnız bu ölkəyə şamil ediləcəkdir! Şengen ölkələrinin hansı birinə səfər etdikdə, müştərinin istəyi ilə, polisdə məhz istiqamət alınan ölkənin adı deyil, “Şengen” göstərilə bilər ki, belə olan halda, ödəmə Şengen müqaviləsində nəzərdə tutulan bütün ölkələrə şamil ediləcək. Əgər məhz istiqamət alınan ölkənin adı, məsələn, Şengen tərkibinə daxil olan İtaliya göstərilərsə, o zaman ödəmə yalnız bu ölkənin daxilində qüvvədə olacaq.

Fransaya 10 günlük səfər üçün sığorta polisinin dəyəri 16,5 USD təşkil edəcək. Bu halda minimal ödəmə 50 000 USD təşkil edifiyi üçün bir günlük sığorta mükafatının məbləği 1,65 USD, 10 gün üçün isə, müvafiq olaraq, 16,5 USD (1,65 USD х 10 gün = 16,5 USD) təşkil edəcək.

Sığorta haqqının məbləği qüvvədə olan tariflərə əsasən hesablanır və səfər müddəti başlayana dək tam ödənilir. Səyahətçi və ya turistlə aşağıda göstərilən hallardan biri baş verərsə, o, müştərisi olduğu sığorta şirkəti tərəfindən sığorta pulunun ödənilməsinə güvənə bilər.

Sığorta ödəməsi tipləri
Aşağıda sadalanan ödəmələr seçilmiş limit çərçivəsində ödənilir:
Ölümlə nəticələnən bədbəxt hadisə zamanı.
İş qabiliyyətinin tamamilə itirilməsi.
Gözlənilməyən tibbi məsrəflər.
Tibbi repatriasiya.
Cənazənin repatriasiyası.
16 yaşına çatmamış uşağın (uşaqların) təcili repatriasiyası ilə bağlı məsrəflər.


Günlərin
Sığorta məbləği USD (EUR)
sayı15,00025,00030,00040,00050,000
1 gün üçün ilkin mükafat
3-70.830.9211.281.83
8-140.750.830.911.161.65
15-30 0.670.750.821.041.49
31-90 0.60.670.740.941.34
Göstərilmiş dövr üçün ilkin mükafat
90-180647478101142
180-365128147156202284


Risk zonasına daxil olan vətəndaşlar üçün sığorta polisi əldə etdikdə əlavə ödəmələr nəzərdə tutulur: 2 yaşından kiçik şəxslər üçün əlavə ödəmə 150%; 60 – 80 yaşında şəxslər, idmançılar, tələbələr, yarışlarda iştirak etmək və təhlükəli işlər yerinə yetirmək məqsədilə ölkəni tərk edən şəxslər üçün - 200%; 80 yaşından yuxarı şəxslər üçün – 300% təşkil edir.

Sığorta polisi kollektiv surətdə əldə edildiyi halda, endirimlər nəzərdə tutulur. 10-25 nəfərlik sifariş sənədləşdirdikdə - 5.0%, 25-50 nəfərlik – 7.5%, 50 nəfərdən yuxarı – 10.0% endirim edilir.

Franşiza dəyəri 50 USD təşkil edir.

Unutmayın ki, sadalanan hadisələrdən biri Sizinlə baş veribsə, xidmət mərkəzinə zəng vurub, baş verənlər haqqında dispetçeri məlumatlandırmaq lazımdır. Sizin zənginizdən və lazımi informasiyanı təqdim etdiyinizdən sonra xidmət mərkəzi Sizə sığorta müqaviləsində nəzərdə tutulmuş lazımi tibbi, tibbi-nəqliyyat və digər xidmətləri göstərilməsini təşkil və onların ödənilməsini təmin edəcək. Əgər Siz həkimə müstəqil müraciət etsəniz və göstərilən xidmət mərkəzinə müraciət etmədən, ambulator müalicəni ödəsəniz, Sizin çəkdiyiniz xərclər səfərdən qayıtdığınız zaman, müalicənin ödənilməsi faktını təsdiq edən sənədlər, dərmanlar və göstərilən digər xidmətlər əsasında ödəniləcəkdir.

Satiş həcmin faiz nisbəti

Bu növ sığortalanma avtomobilin və onun sahibinin tam mühafizəsini nəzərdə tutur. Bu tipdə sığorta riskləri siyahısına aşağıdakılar daxildir: Yol-nəqliyyat hadisəsi; Yanğın; Partlayış; Təbii fəlakət (zəlzələ, vulkan püskürməsi, sel, daşqın, terrorizm); Üçüncü şəxslərin nəqliyyat vasitəsinə yönəlmiş sui-niyyətli hərəkətləri; Yuxarıdan düşən (yıxılan) əşya ilə zədələnmə; Oğurluq;Nəticəsində sığortalanmış avtomobilin sərnişinləri və sürücüsünün həyatı və sahhətinə zərər dəymiş, həmçinin sığortalanmış avtomobili idarə edərkən üçüncü şəxslərin həyatı, səhhəti və əmlakına zərər dəymiş digər gözlənilməyən, təsadüfi hadisələr.

Sığorta mükafatının məbləği birbaşa seçilmiş sığorta risklərindən asılıdır. Həmçinin müştərinin sığorta tarixi (YNH, sürücülük müddəti və s.), avtomobilin buraxılış ili, markası və digər spesifik xüsusiyyətləri kimi amillər nəzərə alınır. Faiz tarifləri, orta hesabla, sığorta məbləğinin 2% - 4,5%-ni təşkil edir. Sığorta polisi seçilən zaman müştəriyə bildirilir ki, həmçinin franşiza məbləği (sığorta hadisəsi baş verdikdə, sığorta məbləğinin sığorta şirkəti tərəfindən avtomobil sahibinə ödənilməyəcək hissəsi) sığorta mükafatı məbləğinə təsir göstərir. Faiz tarifləri franşiza məbləğindən çıxış edərək nəzərə alınır, yəni franşiza məbləği nə qədər çox olarsa, faiz tarifləri və, demək ki, sığorta mükafatı (könüllü sığorta müqaviləsi və ya qanunda nəzərdə tutulmuş qaydada məcburi sığorta haqqında müqavilə üzrə sığorta edənin sığorta edilənə göstərdiyi xidmət haqqı) məbləğinin özü o qədər aşağı olar. Franşiza sığorta edilənə sığorta polisini əldə etdikdə qənaət etmək imkanı verir. Bu, zərərin sığorta edən tərəfindən ödənilməli olmayan və sığorta edilənin üzərinə düşən bir hissəsidir. Misal olaraq, belə bir hadisəni nəzərdən keçirək. 2009-2010-cu il buraxılış tarixli, dəyəri 30 000 AZN, franşizə məbləği isə 350 AZN olan “Mitsubishi” markalı avtomobilin sahibi öz avtomobilini 100%-lik sığorta şərtilə 1 il sığorta müddətinə, faiz tarifi 3,7% olmaqla, sığortalaya bilər. Bu halda sığorta mükafatının məbləği 1 110 AZN (30 000 AZN х 3,7% = 1 110 AZN) təşkil edəcək. Sığorta hadisəsi baş verdiyi halda avtomobilə dəyən zərər 1000 AZN təşkil edərsə, onun sahibinə, ödəmə məbləği olaraq, franşiza çıxıldıqda əmələ gələn məbləğ, yəni 650 AZN (1000 AZN -350 AZN = 650 AZN) veriləcək.

Əgər avtomobil xüsusi dəyərinin, misal üçün, 80%-i qədər sığortalanarsa, o zaman sığorta məbləği 24 000 AZN, sığorta mükafatı isə ildə 888 AZN (24 000 AZN х 3,7% = 888 AZN) təşkil edəcək. Belə olan halda, sığorta ödəməsi aşağıdakı qaydada hesablanacaq:
Faktik zərər – 1000 AZN
Sığorta zərəri – 800 AZN (1000 AZN х 80% =800 AZN)
Franşiza – 350 AZN
Sığorta ödəməsinin məbləği 450 AZN (800 AZN - 350AZN = 450 AZN) təşkil edəcək.

Əmlakın yanğından və əlavə risklərdən sığortalanması

Bu növ sığorta üzrə tariflərə aşağıda nəzər sala bilərsiniz:

–1 il sığorta müddətinə yaşayış mənzilinin sığortalanması - əmlak dəyərinin (yəni, təmir xərcləri daxil olmaqla, mənzilin dəyəri + mənzildə olan əmlakın, yəni mebel, texnika və şəxsi əşyaların dəyərinin) 0,3%-i təşkil edir.

Əgər təmirli mənzilin dəyəri 150 000 AZN, onun içindəki əmlakın dəyəri isə 25 000 AZN təşkil edirsə, o zaman əmlakın ümumi dəyəri 175 000 AZN təşkil edir. Deməli, bu halda sığorta mükafatı 525 AZN AZN (175 000 х 0,3% = 525 AZN) təşkil edəcək.

–1 il sığorta müddətinə xüsusi evin sığortalanması - əmlak dəyərinin (yəni, təmir xərcləri daxil olmaqla, evin dəyəri + evdə olan əmlakın dəyərinin) 0,35%-i təşkil edir.

Əgər təchizatlı / təmirli evin dəyəri 250 000 AZN, onun içindəki əmlakın dəyəri isə 35 000 AZN təşkil edirsə, o zaman əmlakın ümumi dəyəri 285 000 AZN təşkil edir. Bu halda sığorta mükafatı 997,50 AZN AZN (285 000 х 0,35% = 997,50 AZN) təşkil edəcək.

Yuxarıda göstərilən tariflər aşağıdakı sığorta risklərini ödəyir:

Yanğın, ildırım çaxması, partlayış, həmçinin onların törətdiyi tüstü və yüksək hərarət nəticəsində dəymiş zərər;
Fırtına, qasırğa, daxili sular (mənzilin / binanın daxilində su basma, su itkisi və s., yəni bayırdan daxil olmayan səbəblər);
Kanalizasiya və boru sistemlərində zədə və nasazlıqların nəticələri.

Müştərilər istədiyi halda ödənilən risklərin spektrini genişləndirmək imkanına malikdir. Sığorta mükafatına əlavə edilən müvafiq ödəniş nəzərə alınmaqla, aşağıdakı risklər ödənilə bilər:

Üçüncü şəxs qarşısında məsuliyyət;
Sy nəqliyyatı və / və ya avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində dəymiş zərər;
Hava nəqliyyatı vasitəsinin və onun içindən düşən əşyaların vurduğu zərər;
Üçüncü şəxslərin qeyri-qanuni (kriminal) hərəkətlərinin nəticəsində dəymiş zərər (oğurluq, tətillər və xalq hərəkatları, terror aktları);
Vulkan püskürməsi, sürüşmə və çökmə, daşqın, su basma, zəlzələ;
Qarın ağırlığından, tüstüdən dəymiş zərər.

Bədbəxt hadisə və xəstəliklərdən sığortalanma

Müştərinin bu kimi sığorta müdafiəsi olduqda, tam və ya qismən əlillik dərəcəsi aldığı və, bununla əlaqədar olaraq, iş qabiliyyətini itirdiyi halda, həmçinin ölümlə nəticələnən bədbəxt hadisə baş verərsə, ona ödəmə veriləcək. Müştərinin istəyi ilə və sığorta mükafatına az miqdarda əlavə ödəniş etməklə, o, bədbəxt hadisə və ya xəstəliklə bağlı tibbi xərclərin ödənilməsini öz sığorta polisinə daxil etmək imkanını əldə edir. Tariflər birbaşa müştərinin əmək fəaliyyətindən asılı olur. Belə ki, məsələn, 10 000 AZN məbləğini ödəyəcək sığorta mükafatı ofis əməkdaşı üçün 20-40 AZN, xidmət sahəsində çalışan vətəndaşlar üçün 30-60 AZN, inşaat peşələrinin nümayəndələri və neftçilər üçün 50-100 AZN təşkil edəcək (sığorta müddəti - 1 il). Bu polis dünya üzrə ödəmələri təqdim edir.

Arayış. “Bakı Sığorta” şirkəti 2.000.072 AZN məbləğində nizamnamə kapitalına malikdir. Şirkətin göstərdiyi xidmətlər «Nonlife insurance» (zərərlərdən sığortalanma) sektoruna aid bütün sığorta növlərinə şamil edilir.

Məqalədə Bakı Sığorta şirkətinin rəsmi mənbələrində verilən məlumatlardan istifadə olunmuşdur.
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
01.02.2010