endirimler.az

endirim_left

Azərbaycanda biznes məşğələləri bazarı və onlarla bağlı təklif olunan xidmətlər üzrə icmal (18.01.2010-cu il)

Müasir şəraitdə biznesin qurulması məsələsində əməkdaşların peşəkarlığı şirkətin gələcək inkişafında müəyyənedici rol oynayır. Şirkət rəhbərləri bunu daha çox dərk edir və öz personalının təhsil səviyyəsinin artırılmasına maliyyə vəsaiti yatırmağa başlayır. Biznes məşğələləri şirkət qarşısında dayanan konkret məsələlərin həll edilməsi üçün işlənib hazırlanır. Məşğələlərin yönəldiyi məsələlər, kursu bitirdikdə iştirakçıların nə kimi bilik, bacarıq və təcrübə mənimsəməli olmasına əsasən ifadə olunur.

Biznes məşğələləri kiçik mühazirə, xüsusi tapşırıqlar vasitəsilə vərdişlərin işlənilməsi, müvafiq işgüzar təcrübənin alınması və ya inkişaf etdirilməsinə yönəlmiş müxtəlif rol və işgüzar oyunlarından ibarət ola bilər. Biznes məşğələsinin digər təlim formalarından fərqi ondan ibarətdir ki, məşğələdə iştirak edən şirkət əməkdaşları, sadəcə, passiv dinləyicilər deyil, təlim prosesinin fəal iştirakçılarıdır.

Bir neçə tipli biznes məşğələləri mövcuddur. Bunlar menecment, personalın idarə olunması və komandanın yaradılması, satışların təşkili və müştərilərlə aparılan iş, marketinq və reklam, maliyyə və logistikadan ibarətdir.

Bölgədə keçirilən məşğələlərin strukturuna görə, satışlar üzrə təlim lider mövqeyinə malikdir, onun ardınca, populyarlığına görə, menecer təcrübəsi, komanda yaradılması üzrə məşğələlər və ixtisaslaşdırılmış kurslar yer alır. Bununla belə, tələbatın strukturu getdikcə daha da mürəkkəbləşir: ərzaq xətti genişlənir, təlimlərə yeni personal qrupları cəlb olunur. Orta manqaya aid menecerlərin və şöbə rəhbərlərinin təlim alması biznes məşğələlərinin daha sürətli inkişaf edən istiqamətlərindən biridir.

Azərbaycanda məşğələ və seminarların təşkili ilə bir neçə şirkət məşğul olur. Bu gün bazar hər zövqə uyğun məşğələ və seminarlar təklif edir. Hazırda Azərbaycanda mövcud olan ən iri şirkətləri və onların təqdim etdiyi biznes məşğələləri üzrə qiymətləri nəzərdən keçirək.

GRBS® (G&R Business Services, LLC) menecment sahəsində hazırlıq və ixtisaslaşdırma üzrə əsas bölgə liderlərindən biridir. Şirkət məşğələ sahəsi üzrə xidmətlərin göstərilməsi, beynəlxalq imtahanlara və ixtisaslara hazırlıq, psixoloji dəstək və personalın idarə olunması, iş yerlərinin attestasiyası üzrə profillənir. Korporativ məşğələlərlə yanaşı, şirkət hər ay insan ehtiyatları, mühasibat və maliyyə, səhiyyə, təhlükəsizlik, ekologiya, marketinq və PR, neft və qaz, maddi-texniki təminat, satışlar və s. kimi müxtəlif sahələr üzrə 15-19 açıq məşğələ keçirir. Şirkətin fəaliyyəti ərzində burada 180-dan çox yerli və xarici şirkətin onlarla işçisi təlim keçmişdir.

Məşğələlər
Müddət / gün
İştiraketmə haqqı, AZN
Menecer və rəhbərlər (əsaslar)
Biznesdə liderlik: idarəetmə təcrübəsi
6 gün
720
Menecmentin əsasları
4 gün
480
Həvəsləndirmə məşğələsi: İşçiləri stimullaşdırmaq bacarığı
2 gün
320
Karyeranın inkişaf etdirilməsi (əsaslar)
Vaxtın idarə edilməsi: Maksilmal iş həcminə hazır olun
2 gün
220
Müdiriyyət üçün
Telefonla ünsiyyət təcrübəsi
3 gün
320
Satışlar və marketinq (yüksək dərəcə)
Təqdimat – yaşamaq üçün mübarizə məktəbi
4 gün
340
Layihələrin idarə olunması
Layihələrin idarə olunması (I dərəcə)
6 gün
580
PR (ictimaiyyətlə əlaqə)
Mehmanxanalar üzrə PR
4 gün
360
Siyasi PR
3 gün
720
Ofis işçiləri üçün ibtidai biliklər
Ofisdə rəsmiyyət etikası
4 gün
360


Professional Services Company (PSC) agentliyi açıq və korporativ formatlarda qısa müddətli biznes təliminin keçirilməsini təklif edir. Məşğələlər həm yerli, həm də aparıcı xarici biznes məşqçiləri tərəfindən keçirilir.

Məşğələlər
Müddət / gün
Məşğələ keçirilən dil
İştiraketmə haqqı, AZN
Korporativ etiketin incəlikləri
21, 22 yanvar
Rus, azərbaycan
250 AZN
Marketinq planının yaradılması
26, 29 yanvar
Rus, azərbaycan
300
Spiçraytinq və kommunikasiya xəbərini çatdırmaq sənəti
2, 3, 4, 5 fevral
Rus, azərbaycan
300
Müştəri üçün nəzərdə tutulan servis mədəniyyəti
8, 9 fevral
Rus
460
Səmərəli danışıqlar
11, 12 fevral
Rus
460
Risk Management
16-26 fevral
İngilis
1-ci modul – 350,
2-ci modul – 450,
3-cü modul - 350
«Münaqişə! Bu sözün altında nələr gizlənir…»
16, 17 fevral
Rus, azərbaycan
250
Debitor borcunun alınması
18, 19 fevral
Rus
550
“Ünsiyyət saxlamaq bacarığı qazanmaq bacarığıdır” - “Gustav Kaeser” İsveçrə şirkətindən master-klass
23 fevral
Rus
pulsuz
“Ünsiyyət saxlamaq bacarığı qazanmaq bacarığıdır” - “Gustav Kaeser” İsveçrə şirkətindən master-klass
25, 26 fevral
Rus
699

Kursda korporativ şəkildə iştirak etmək üçün endirimlər təqdim olunur: iki iştirakçıya - 2%, üç iştirakçıya – 5%, dörd iştirakçıya – 7%, beş və daha çox iştirakçıya - 10%.

Allianz Group şirkəti 2006-cı ildə biznes məşğələləri sahəsində yüksək keyfiyyətli xidmətlərin, psixoloji dəstək və personalın idarə edilməsi üzrə tam həcmli xidmətlərin, maliyyə konsaltinqinin təqdim olunması məqsədilə yaradılmışdır. Bu şirkət personalın qiymətləndirilməsi sahəsində tanınmış lider və dünyanın 100-dən çox ölkəsində nümayəndəlikləri olan Profiles International şirkətinin strateji biznes tərəfdaşıdır.

Məşğələlər
Dil
Müddət, gün/saat
İştiraketmə haqqı, AZN
Səmərəli Menecer Məktəbi
İnteraktiv idarəetmə və kommunikasiya
rus
4/8
4 modulun hər biri - 485
Maliyyəçilər üçün məşğələlər
Maliyyə uçotu (FA-1) - CAP
rus
13/45
550
Vergilər və hüquq
rus
13/40
675
Maliyyə bazarlarında iş üzrə əsaslar
rus
12/24
450
Biznes bilikləri üzrə Avropa Sertifikatı (EBC*L)
Qeyri-maliyyə menecerləri üçün maliyyə haqqında bütün məlumat
rus
7/20
550
Marketinq, PR, Brendinq
Praktik PR
rus
3/12
230
Brendinq və mövqeləşmə (tanınmaq üçün mübarizə)
rus
2/8
210
Bank kursları
Kredit risklərinin idarə olunması sistemi
rus
2/16
730
Əməliyyat risklərinin idarə olunması sistemi
rus
2/16
730
Sığorta
Məsuliyyət sığortası
rus
3/12
475


Məqalədə yuxarıda göstərilən şirkətlərin rəsmi mənbələrində verilən məlumatlardan istifadə olunmuşdur.
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
18.01.10