endirimler.az


“Thomson Prometric və Pearson Vue” Avtorizə edilmiş Sınaq Mərkəzində təhsil alınması və IT texnologiyaları mütəxəssisi sertifikatının əldə edilməsi üçün ödəniş üzrə icmal (05.01.2010-cu il)
Sürətlə inkişaf edən İT texnologiyaları həyatımızın hər bir sahəsinə daxil olmuş və iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün böyük imkanlar yaratmışdır. Praktik olaraq, hər bir şirkətdə bu istiqamətdə mütəxəssisin olmasına ehtiyac duyulur. Namizəd seçimi zamanı isə, əlbəttə ki, İT üzrə aparıcı dünya şirkətlərinin sertifikatı ilə təsdiqlənmiş biliklərə malik olan peşəkarlara üstünlük verilir.
Azərbaycanda tanınmış İT şirkətlərindən sertifikat almış rəsmi mütəxəssis statusunu Softline International tədris mərkəzində əldə etmək mümkündür. İmtahanları əvvəlcə tədris kursunu keçdikdən sonra yaxud onsuz vermək lazımdır. Şirkət Azərbaycan bazarında 2006-cı ildən etibarən fəaliyyət göstərir və informasiya texnologiyaları sahəsində çalışan, həmçinin proqram təminatı distribusiyası, tədris və konsaltinq sahələrində aparıcı mövqe tutan Softline şirkətlər qrupuna daxildir.
Avtorizə edilmiş sınaq mərkəzi statusu Softline şirkətinə proqram təminatı işləyib hazırlayan aparıcı dünya şirkətlərinin sertifikat imtahanlarını qəbul edib beynəlxalq səviyyəli vendor şirkətindən İT mütəxəssisi sertifikatı verməyə imkan verir. Sınaqlar diplom almış inzibatçılar tərəfindən şirkətin tədris mərkəzinin xüsusi avadanlıqla təchiz edilmiş kompüter sinfində keçirilir və informasiya sistemlərinin müşayiət olunması sahəsində mütəxəssisin yüksək bilik səviyyəsini təsdiq etməyə imkan verir, ixtisas artırmaq üçün mütəxəssislər tərəfindən əlavə biliklər və beynəlxalq sertifikat əldə edilməsini stimullaşdırır. Tədris Mərkəzinin nəzdində Thomson Prometric və Pearson VUE Sınaq Mərkəzi fəaliyyət göstərir.
Kurslar dəqiq illik cədvəl üzrə aparılır ki, bu da gündüz və axşam formatında mümkündür. Əgər onlar fərdi şəkildə, korporativ müştərilər üçün, 5 nəfərlik qrup yığıldıqda aparılarsa, bu halda tədris cədvələ təsbit edilmir və sifarişçi, tədris mərkəzinin imkanlarını nəzərə alaraq, kurs keçmək üçün yer və vaxtı özü seçir. Yaxında, yəni 2010-cu ilin yanvar və fevral aylarında keçiriləcək kurslar aşağıdakılardır:
2010-CU İLİN YANVAR-FEVRAL AYLARI ÜÇÜN TƏDRİS KURSLARININ CƏDVƏLİ
Kurs | Keçirildiyi tarix | Müddət | Ödəniş haqqı |
2277. Microsoft Windows Server 2003 şəbəkə infrastrukturunun köklənməsi, idarə və müşayiət edilməsi: şəbəkə xidmətləri | 5-18 yanvar | 10 gün (40 saat) | 590 AZN |
2285. Microsoft Windows XP Professional-ın quraşdırılması, köklənməsi və inzibatçılığı | 19-22 yanvar | 4 gün (16 saat) | 236 AZN |
2824. Microsoft Internet Security and Acceleration Server 2004 tətbiq edilməsi | 25 yanvar – 5 fevral | 10 gün (40 saat) | 590 AZN |
ICND 1. Interconnecting Cisco Networking Devices v.1.0 Part 1 | 1-5 fevral | 5 gün (40 saat) | 1180 AZN |
ICND 2. Interconnecting Cisco Networking Devices v.1.0 Part 2 | 8-12 fevral | 5 gün (40 saat) | 1180 AZN |
Gündüz və axşam kurslarının ödəniş məbləğinə tədris məşğələlərindən başqa metodik materiallar və yemək (axşam saatlarında kofe-breyklər) daxil edilir.
Şirkətin sınaq mərkəzlərində sertifikat almaq istəyənlər hansı imtahanla (və ya sertifikatlaşma proqramı ilə) maraqlandıqlarını dəqiq bilmədirlər. İmtahan testi verilmiş suala bir neçə mümkün cavablar təqdim olunan kompüter imtahanıdır ki, bu cavablardan düzgün variantı seçmək lazımdır. Bir çox testlər əməliyyat sistemi və ya hər hansı proqram simulyatoru daxil edir və namizədlər imtahan zamanı gerçək işə bənzəyən müəyyən tapşırıqları yerinə yetirməli olurlar. Bütün testlər fərdidir və icazəsiz əldə olunmadan qorunur. Sınaqdan keçəndən sonra informasiya sınaq mərkəzlərindən birinə ötürülür və məhsulu üzrə imtahan verilən firmanın məlumat bankına daxil edilir. Namizəd nəticələri dərhal imtahan verdikdən sonra öyrənir.
İmtahandan keçmək üçün şəxsiyyət vəsiqəsinin və şəxsi təsdiqləyən daha bir sənədin (sürücülük vəsiqəsi, hərbi bilet, xarici pasport) olması mütləqdir.
İmtahanlar hər həftə avtorizə edilmiş Pearson VUE və Thomson Prometric Sınaq Mərkəzində keçirilir. İmtahan fərdi və ya qrup şəklində verilə bilər. Yaş, yaşayış yeri və təhsil səviyyəsinə görə heç bir məhdudiyyət qoyulmur. Sertifikat imtahanlarını öz gücünə inanan hər bir şəxs verə bilər. Ən populyar imtahanlar üçün ödəniş haqqı, orta hesabla, 51 AZN-dən 300 AZN-ə dək təşkil edir. Verilən ən populyar imtahanlar aşağıdakılardır:
İT mütəxəssisi sertifikati almaq üçün ən populyar imtahanlar üzrə TOP 10
Proqram təminatı hazırlayan şirkət | İstiqamət | İmtahanın adı | Ödəniş haqqı (ƏDV daxil olmaqla) | İmtahanın yenidən verilməsi üçün ödəniş haqqı (ƏDV daxil olmaqla) |
Microsoft | Sistem inzibatçılığı | 70-290 «Managing and Maintaining a Microsoft Windows Server 2003 Environment» | 51 AZN | 51 AZN |
Əməliyyat sistemləri | 70-270 “Installing, Configuring, and Administering Microsoft Windows XP Professional” | 51 AZN | 51 AZN | |
Şəbəkə təhlükəsizliyi | 70-350 “Implementing Microsoft Internet Security and Acceleration (ISA) Server 2004” | 51 AZN | 51 AZN | |
Məlumat bazalarının inzibatçılığı | 70-432 «TS: Microsoft SQL Server 2008,Implementation and Maintenance» | 51 AZN | 51 AZN | |
Cisco | Marşrutlaşdırma və kommutasiya | 640-802. Cisco Certified Network Associate | 254 AZN | 254 AZN |
640-822. Interconnecting Cisco Networking Devices Part 1 | 153 AZN | 153 AZN | ||
640-816. Interconnecting Cisco Networking Devices Part 2 | 153 AZN | 153 AZN | ||
Oracle | Məlumat bazasının inzibatçılığı | 1Z0-047. Oracle Database SQL Expert | 127 AZN | 127 AZN |
1Z0-042. Oracle Database 10g: Administration I | 127 AZN | 127 AZN | ||
1Z0-043. Oracle Database 10g: Administration II | 127 AZN | 127 AZN |
Qeyd:
İstənilən Microsoft imtahanı üçün ödəniş 51 AZN (ƏDV daxil olmaqla) təşkil edəcək.
Dünyanın bütün ölkələrində və bütün sınaq mərkəzlərində yeni test variantları tam eynidir və istifadəyə hər yerdə eyni vaxtda verilir. Verilmiş sınaqların nəticələrinə görə əldə olunmuş sertifikatlar mütəxəssislərin bu sahədə olan bilik səviyyəsini təsdiqləyir və bütün dünyada qiymətləndirilir.
Hazırda Azərbaycanda İT texnologiyaları sahəsində istənilən istiqaməti mənimsəyib bu istiqamət üzrə sertifikat almaq mümkün deyil. Bu sahədə daha maraqlı peşələrin cədvəli aşağıda göstərilmişdir.
İT TEXNOLOGİYALARI SAHƏSİNDƏ BƏZİ ƏN MARAQLI KURS VƏ İMTAHANLAR ÜZRƏ TARİFLƏR
İstiqamət | Kurs / İmtahan | Kursun ödəniş haqqı | İmtahanın ödəniş haqqı |
UNIX serverlərinin inzibatçılığı | Solaris | 720 AZN | 97-153-305 AZN |
NetBSD | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Məlumat yoxdur | |
Suse | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | 56 AZN¹ | |
Red Hat Linux | 600-750 AZN | 265–590 AZN² | |
Proqramlaşdırma | Delphi | Açıq qrup yığımı 2010-cu ilin fevral-mart aylarında planlaşdırılır. | Məlumat yoxdur |
C++ | Açıq qrup yığımı 2010-cu ilin fevral-mart aylarında planlaşdırılır. | Məlumat yoxdur | |
3d | 3dMAX | 400 AZN | Autodesk şirkətinin imtahanları yalnız avtorizə edilmiş sınaq mərkəzlərində keçirilir ki, belələri nə Azərbaycanda, nə də Rusiyada hələ yoxdur. |
Maya | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Autodesk şirkətinin imtahanları yalnız avtorizə edilmiş sınaq mərkəzlərində keçirilir ki, belələri nə Azərbaycanda, nə də Rusiyada hələ yoxdur. | |
Softimage | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Autodesk şirkətinin imtahanları yalnız avtorizə edilmiş sınaq mərkəzlərində keçirilir ki, belələri nə Azərbaycanda, nə də Rusiyada hələ yoxdur. | |
Videomontaj və kompozinq | Premiere | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Adobe şirkətinin imtahanları avtorizə edilmiş Certiport test keçirilmə mərkəzlərində verilir ki, belələri Azərbaycanda hələ yoxdur. |
After Effects | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Adobe şirkətinin imtahanları avtorizə edilmiş Certiport test keçirilmə mərkəzlərində verilir ki, belələri Azərbaycanda hələ yoxdur. | |
Qrafik-dizayn və səhifələnmə | Photoshop | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı 2010-cu ilin fevral-mart aylarından başlanacaq. | Adobe şirkətinin imtahanları avtorizə edilmiş Certiport test keçirilmə mərkəzlərində verilir ki, belələri Azərbaycanda hələ yoxdur. |
Illustrator | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Adobe şirkətinin imtahanları avtorizə edilmiş Certiport test keçirilmə mərkəzlərində verilir ki, belələri Azərbaycanda hələ yoxdur. | |
CorelDraw | 400 AZN | Corel şirkətinin imtahanları onların qəbulu üzrə Corel-in avtorizə edilmiş tərəfdaş şirkətlərində verilir ki, belələri Azərbaycanda hələ yoxdur. | |
Indesign | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Adobe şirkətinin imtahanları avtorizə edilmiş Certiport test keçirilmə mərkəzlərində verilir ki, belələri Azərbaycanda hələ yoxdur. | |
Adobe Flash | Softline tədris mərkəzində kurslar yalnız korporativ sifariş olduqda keçirilir, açıq qrup yığımı yoxdur. | Adobe şirkətinin imtahanları avtorizə edilmiş Certiport test keçirilmə mərkəzlərində verilir ki, belələri Azərbaycanda hələ yoxdur. |
¹ SUSE Linux – Novell şirkətinin məhsuludur. Novell imtahanları iki cür olur: ənənəvi (Pearson VUE sınaq mərkəzlərində verilən imtahan – 56 AZN) və praktik (yalnız Novell şirkətinin avtorizə edilmiş tərəfdaş şirkətlərində verilən imtahan – belələri Azərbaycanda yoxdur).
² Red Hat Linux imtahanları sertifikatı olan inzibatçı-məşqçi tərəfindən qəbul edilir. İmtahan üçün ödəniş məbləğinə imtahan götürən müəllimin yol xərcləri daxil edilmir. İmtahanın keçirilməsi üçün, adətən, qrup yığılır ki, onun üzvləri arasında imtahan götürən müəllimin ezamiyyət xərcləri bölünür.
Arayış:
Softline tanınmış dünya istehsalçılarının aparıcı tədarükçüsü və avtorizə edilmiş tərəfdaşıdır və aşağıdakı statuslara malikdir: Microsoft Gold Certified Partner, Microsoft Large Account Reseller, Symantec Enterprise Sales Partner; Citrix Platinum Solution Advisor; Elite McAfee Value Added Reseller, Computer Associates Premier Partner; Novell Gold Partner; Oracle Certified Partner və s. Şirkət proqram taminatı istehsalçıları olan 260-dan çox şirkətin tədarükçüsü və distribütorudur ki, onların sırasında Microsoft, Symantec, GFI, Borland, Computer Associates, Novell, Macromedia, McAfee, «Лаборатория Касперского», ABBYY, ПРОМТ, Dr.Web, Quark, ASPLinux və s. adlarını çəkmək olar.
Məqalədə Softline International şirkətinin rəsmi mənbələrində verilən məlumatlardan istifadə olunmuşdur.
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
05.01.10

