endirimler.az

endirim_left

Bakıda yerləşən dil kursları üzrə tariflərin icmalı (18.12.2009-cu il)

Daimi qazanc və güvənli gələcək arzulayanlar üçün xarici dilin öyrənilməsi ən yaxşı variantdır. Əgər ötən əsrdə yalnız dövlət dilini bilmək şərtilə iş tapmaq olardısa, XXI əsrdə bunun üçün, ən azından, bir xarici dil bilmək lazımdır. Artıq elə bir dövrdür ki, bir xarici dil bilmək əmək bazarında rəqabət aparmaq qabiliyyətini təmin etmir. İndi, adətən, deyirlər: “Hansı xarici dildə danışırsınız? İngilis? Xeyr, bu, artıq işlək dildir. Bildiyiniz xarici dil isə digəri olmalıdır”.

Xarici dil bilmək təkcə gələcəkdə perspektivli iş arzulayan gənclərə deyil, həm də iqtisadiyyat, hüquq, İT texnologiyaları və s. sahələrdə çalışan iş adamlarına da lazımdır. Xarici dil bilikləri üfüqləri genişləndirir. İngilis və ya, tutaq ki, alman dilini bilən adam cürbəcür ictimai beynəlxalq təşkilatların təklif etdiyi müxtəlif beynəlxalq proqramlarda iştirak edə bilər. Müxtəlif peşə mütəxəssisləri xarici dil bilməklə dünyanın aparıcı təhsil ocaqlarından birində təhsil ala və ya iş təcrübəsi qazana bilərlər.

Azərbaycanda daha çox tələb olunan dillərdən biri ingilis dilidir. Bu dil gündəlik həyatda daha çox istifadə olunur və istənilən şəraitdə lazım gələ bilər – xaricdən gələn, demək olar ki, bütün istehlak mallarının bu dildə annotasiyaları mövcuddur. Bir çox informasiya resurslarından ancaq bu dildə istifadə etmək mümkündür.

Populyarlıq dərəcəsinə görə, ingilis dilindən sonra alman, fransız, ispan, italyan və ərəb dilləri gəlir. İvrit də bu kateqoriyaya aid edilə bilər. Yahudi uşaqları kiçik yaşlarından belə bu dili Bakı şəhərinin ixtisaslaşdırılmış məktəblərində öyrənirlər (“Xabad or Avner” və 46 saylı məktəb).

Kifayət qədər iradə və çalışqanlıq hesabına xarici dili müstəqil şəraitdə də öyrənmək mümkündür. Lakin bu, öyrənmək istəyən hər kəsin hünəri deyil. Çoxları nəzarət altında öyrənməyə daha çox meyllidir ki, bu da çalışqanlıq olan yerdə yaxşı nəticələr verir. Dil kursları həm fərdi, həm də qrup şəklində keçirilə bilər.

Qiymətlərə gəldikdə isə, şəhər üzrə qrupda keçirilən dərslərin aylıq haqqı, yaşdan, dilqavrama dərəcəsindən və müştərinin tələblərindən asılı olaraq, 30 – 50 AZN təşkil edir. Əgər bu, ixtisaslaşdırılmış biznes-ingilis dili kursu və ya müştərinin tələbi ilə tərtib edilmiş proqram olarsa, qiymət, müvafiq olaraq, artırılacaq. Şəhərin təhsil bazarında müəyyən işgüzar ad qazanmış peşəkar müəllimlər öz əməyini, orta hesabla, ayda 50-100 AZN məbləğində qiymətləndirir, daha sonra isə ödəniş yalnız müəllimin özündən asılı olur. Elə müəllimlər var ki, işinin bir saatını 10 AZN-dən 60 AZN-ə dək qiymətləndirir.

Bakıda xidmət qiymətləri ümumi fonda fərqlənən, təxminən, 10 xarici dil kursları mövcuddur. Onlardan ən bahalısı ödənişi saat hesabı olan kurslardır ki, burada bir saat üçün ödəniş 30-55 AZN təşkil edir. Dərslər yüksək ixtisaslı yerli müəllimlər tərəfindən, xarici müəllimlərin iştirakı ilə aparılır. Adətən, kursun əvvəlində dərsləri yerli müəllim aparır, müəyyən zaman keçdikdə isə, tələbənin səviyyəsi öyrəndiyi dildə bir qədər danışmağa imkan verərsə, dərsləri xarici müəllim davam etdirir. Tədris materialları və vəsaitlərinin (kitablar, DVD, audiomateriallar) əksəriyyəti ödəniş haqqına daxil edilir. Kurs təşkilatçıları əmin edir ki, öz dərslərində verdikləri biliklər daha sonra istənilən şəxsə xarici ali məktəblərə daxil olmağa imkan verir.

Bakıda mövcud olan ciddi dil kursları sırasına aşağıdakıları aid etmək olar: "Gunar" Baku – British School, "Open international learing centre" – London Kolecinin Bakı Filialı, Alman dili üzrə Tədris Mərkəzi (Odlar Yurdu), Belts and Study Abroad, "Language Servises Direct MMC", "Octagon", "CELT", Alman dili mərkəzi, Beynəlxalq təhsil mərkəzi, EF English First Baku, "STIMUL" Education & Consulting və The Modern Language Center.

XİDMƏT TARİFLƏRİ ORTA SƏVİYYƏDƏN YUXARI OLAN XARİCİ DİLLƏRİN ÖYRƏNİLMƏSİ ÜZRƏ KURSLARIN CƏDVƏLİ

Qeyd: Qiymətlər 01.02.2010-cu il tarixinə dək qüvvədədir. Göstərilən müddətdən sonra onları dəqiqləşdirməli.

Dərs keçirilən yer
Yaş
Həftədə saatların sayı / fərdi dərslər
Həftədə saatların sayı / qrup dərsləri
Bir ay fərdi keçirilən dərslərin qiyməti
Bir ay qrupda keçirilən dərslərin qiyməti
Dərs
conversation
Dərs
conversation
British School “Gunar”
Yaş məhdud-ti olmadan
ən azı 1,5 saat
ən azı 1,5 saat
300 AZN (1 saat - 50 AZN).
50 AZN
210 AZN (1 saat - 35 AZN)
35 AZN
Open international learning centre – London kolecinin filialı
Yaş məhdud-ti olmadan
3 saat
3 saat
200 AZN
150 AZN
pulsuz
pulsuz
Octagon
Yaş məhdud-ti olmadan
5 saat
4 saat
60 AZN
60 AZN
40 AZN
pulsuz
Language Servises Direct MMC
Yaş məhdud-ti olmadan
ən azı 1 saat (10 həftəlik müqavilə)
3 saat
120 AZN (1 saat - 30 AZN) yerli müəllim

220 AZN (1 saat - 55 AZN) xarici müəllim
Yox
64 AZN - yerli müəllim (10 həftəlik müqavilə - 160 AZN)

84 AZN xarici müəllim (10 həftəlik müqavilə - 210 AZN)
yoxdur
EF English First Baku
Yaş məhdud-ti olmadan
 
4 saat
yoxdur
-
130 AZN (260 AZN - 2 ay – 1 səviyyə)
pulsuz
Odlar Yurdu Universiteti nəzdində Alman dili mərkəzi
16+
-
15 saat
yoxdur
-
170 EUR
yoxdur
Belts and Study Abroad
Yaş məhdud-ti olmadan
7,5 saat
7,5 saat
95 AZN
pulsuz
75 AZN
pulsuz
The Modern Language Center
Yaş məhdud-ti olmadan
6 saat
16 saat
720 AZN (1 saat -30 AZN)
Pulsuz
120 AZN
pulsuz
Beynəlxalq təhsil mərkəzi
Yaş məhdud-ti olmadan
ən azı 2 saat  (30 saatlıq müqavilə)
ən azı 2 saat  (30 saatlıq müqavilə)
49 AZN
Pulsuz
34 AZN
pulsuz
Alman dili mərkəzi
14+
-
6 saat
yoxdur
-
62 EUR
yoxdur
"SEFEVI"
Yaş məhdud-ti olmadan
3 saat
3 saat
50 AZN
Pulsuz
30 AZN
pulsuz
"CELT"
Yaş məhdud-ti olmadan
7,5 saat
7,5 saat
135 AZN
40 AZN
93 AZN (3 nəf.)
40 AZN
"STIMUL" Education & Consulting
Yaş məhdud-ti olmadan
4 saat
4 saat
60 AZN
Pulsuz
45 AZN
pulsuz



Xarici dili daha dərindən öyrənmək üçün bilik arayanlar xaricə yollana bilər ki, burada, təbii mühitdə dil daşıyıcıları ilə ünsiyyətdə olmaqla bunu daha asan və xoşagəlimli prosesə çevirmək olar.

Bakıda olan bəzi xarici səfirliklər öz ölkələrinin ərazisində xarici dilin öyrənilməsi üçün sənəd təqdim etməyə imkan yaradır. Müddəti 3 aya dək olan vizanın olması, əlbəttə ki, mütləq şərtdir. Təhsil almağa namizəd olan kəs öyrənməsini planlaşdırdığı dili müəyyən dərəcədə bilməlidir. Bunu təsdiq etmək üçün o, bitirdiyi dil kursları üzrə sertifikat və ya diplom təqdim etməlidir. Səfirliyə ərizə vermək üçün xarici pasport, şəxsiyyət vəsiqəsi, pasport formatlı biomertik fotoşəkillər və şəxsən imzalanmış ərizə təqdim olunmalıdır. Həmçinin dil məktəbinin ünvanı, kurs keçirilən müddət və həftə ərzində keçirilən dərs saatlarının sayı göstərilməlidir. Məsələnin maliyyə tərəfi tərkib hissələrindən birini təşkil edir. Buna görə də kursun tam həcmdə ödənilməsi, ölkədə qalmaq üçün lazımi maliyyə vəsaitinin, həmçinin təhsil müddəti ərzində yaşayış yerinin olması təsdiq olunmalıdır.

Təhsil kursları hədsiz çoxdur, qiymətlər də, əlbəttə ki, tamamilə müxtəlifdir. Xaricdə keyfiyyətli təhsil almaq üçün xeyli pul lazım olduğu sirr deyil. Məsələn, Böyük Britaniyanın ən yaxşı məktəblərindən biri olan Saint George International məktəbində 2 həftəlik ingilis dili proqramı 1288 AVRO-ya, Cork English College-də (İrlandiya) 4 həftəlik General English kursu - 2295 AVRO-ya, The Language Explorer məktəbində 2 həftəlik General English kursu – 845 AVRO-ya, “Institute of English Language Studies” Malta Dil Məktəbində 2-həftəlik General English kursu – 860 AVRO-ya, Praqada, Anglo-American University-də “BSI group” şirkəti tərəfindən keçirilən 2 həftəlik ingilis dili kursu, nə az, nə çox, – 1140 AVRO-ya, İtaliyada, Scuola Leonardo da Vinci (Florensiya, Roma, Milan, Siyena) məktəbində 2 həftəlik italyan dili kursu - 748 AVRO-ya, Embassy CES-də (Nyu-York) 2 həftəlik ingilis dili kursu – 1513 dollara, Sprachcafe-də (Barselona) 2 həftəlik ispan dili kursu – 860 AVRO-ya, Accord-da (Paris) 2 həftəlik fransız dili kursu -1280 AVRO-ya, DID şirkətində (Berlin) 2 həftəlik alman dili kursu – 770 AVRO-ya başa gələcək.

Bütün dil kursları üzrə ən az müddət 2 həftə, ən çox müddət isə 48 həftə təşkil edir. Dərslərin intensivliyi həftədə 15 - 40 dərs təşkil edir. Beynəlmiləl qruplarda tələbələrin sayı 10-15 nəfərdən artıq olmur. Kurslar standart və intensiv olur. Standart kurs tamamilə hamıya yarayır və dil öyrənilməsinin bütün mühüm aspektlərini əhatə edir ki, burada əsas diqqət cəld nitqin və ünsiyyət vərdişlərinin inkişafına, söz ehtiyatının artırılmasına yönəldilir. İntensiv kurs dil üzrə bilik səviyyəsini daha da artırmaq istəyən ciddi tələbələr üçündür.

Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
18.12.09.