endirimler.az


Azərbaycanda fəaliyyət göstərən müxtəlif hava yollari şirkətlərinin beynəlxalq uçuşlari üzrə tariflərin icmali (12.12.2009-cu il)
Təyyarə ilə səyahət etmək həm rahat, həm də kifayət qədər (hər halda, avtomobillə səfərə çıxmaqdan) təhlükəzisdir. Səyahət üçün uçuş istiqamətinin seçimi və biletin əldə edilməsi kimi iki əsas şərtin yerinə yetirilməsi tələb olunur.
İstənilən təyyarə biletləri, bir qayda olaraq, növlərə ayrılır: ekonom-klass, birinci klass, biznes-klass, qrup-klass və sair. Klassından asılı olaraq, biletin qiyməti də dəyişir. Sərnişinlərə təyyarənin ekonom-salonunda xidmət göstərilməsini nəzərdə tutan ekonom-klass biletləri ən ucuzdur. Bu kateqoriyaya aid biletləri əvvəlcədən əldə etmək məsləhət görülür, çünki sərnişinlərin onlara tələbatı daha çoxdur.
Hazırda bəzi iri hava yolları şirkətlərində bu qrupa aid sərnişinlərə göstərilən xidmət kifayət qədər rahat və keyfiyyətlidir. Bu xidmətlər yemək və içkilərin, fərdi qulaqcıqların, pencək üçün xüsusi asılqanların, işıqların, kreslolara quraşdırılmış USB-portların və jurnalların təqdim olunmasından ibarətdir. Ancaq hələ ki sadalanan xidmətlər spektri bütün şirkətlər tərəfindən təklif olunmur. Məsələn, airBaltic və Flydubai şirkətləri, ümumiyyətlə, bortda yemək təklif etmir. Qeyd etmək lazımdır ki, təyyarənin müxtəlif klasslarında verilən yemək və içkilər həm çeşidinə, həm də keyfiyyətinə görə fərqlənir. Məsələn, biznes-klassdakı yemək və xidmət digər klasslarda olduğundan daha üstün, kresloların arasındakı məsafə isə daha çoxdur. Həmçinin biznes-klassda səyahət edən turistlər uçuş qabağı rahat gözləmə və pulsuz xidmətlər (qazet və jurnallar, kofe, sendviçlər, sərinləşdirici içkilər, meyvələr və s.) təklif edən VİP-zalda dincələ bilərlər.
Azərbaycan ərazisində müxtəlif istiqamətli uçuşlar təklif edən 19 hava yolları şirkətləri fəaliyyət göstərir. Hər həftə Bakıdan 15901 sərnişin təyyarə ilə uça bilər. Həftə ərzində Bakıdan çıxış reyslərinin ümumi sayı 158, onlardan 32-si - nonstop reys təşkil edir.
Respublikamızın sakinləri və qonaqları üçün ən populyar istiqamətlər aşağıdakılardır: İstanbul, Dubay, Praqa, Paris və Milan. Bu onunla izah olunur ki, bu şəhərlərdən digər istiqamətlərdə hərəkət etmək daha rahatdır. Səfər planlaşdırarkən, tranzit və ya xarici dövlətə daxil olmaq üçün lazımi sənədlərə olan tələblər haqqında dəqiq informasiyanı əldə etmək lazımdır. Bu cür informasiyanı konsulluqlar və / və ya səfirliklər təqdim edir.
Təyyarə biletlərinin qiymətlərini uçuşu həyata keçirən hava yolları şirkəti müəyyən edir. Ancaq sizin uçacağınız marşrutdan asılı olaraq, hava limanının aldığı ödənişlər mövcuddur ki, onlar da tarifə əlavə olunur. Hava yolları şirkəti sizə eyni tarif üzrə müxtəlif marşrutlarla, məsələn, birbaşa və ya hər hansı bir şəhərdə minikdəyişmə vasitəsilə uçmağı təklif edə bilər. Hava limanlarının aldığı ödənişlərin məbləği sizin haraya səyahət etməyinizdən asılı olaraq dəyişir və $0-dan $150 dək (məsələn, Şimali Amerikaya dayanacaqlarla uçuşlar üçün) təşkil edir. Beləliklə, biletin qiyməti konkret istiqamətdən asılı olur, qiymətlərin müyyən edilməsində isə əsas amili hava yolları şirkətlərin arasındakı rəqabət təşkil edir. Birbaşa reysin minikdəyişməsi olan reysdən ucuz olması heç də mütləq deyil. Nəzərə almaq lazımdır ki, tariflərdə də fərq olur. Hətta siz, məsələn, Bakıdan N şəhərinə və ya N şəhərindən Bakıya bilet alarkən eyni şirkətin xidmətlərindən istifadə etsəniz belə. Tariflərə aid bütün məsələləri əvvəlcədən aydınlaşdırmaq lazımdır.
Biletlər həm kağız, həm də elektron variantda ola bilər. Onları almaq yaxud əvvəlcədən sifariş etmək olar. Turoperatorların və hava yolları şirkətlərinin saytlarında ərizə formasını doldurmaqla bilet sifariş vermək olar. Şirkətin əməkdaşları bileti göstərilən ünvana çatdırmağı öhdəsinə götürürlər. Ödəniş plastik kartlarla və ya nağd pulla edilə olar.
AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN MÜXTƏLİF HAVA YOLLARI ŞİRKƏTLƏRİNİN BİRBAŞA EKONOM-KLASS UÇUŞLARI ÜZRƏ QİYMƏTLƏR
Qeyd: Qiymətlər iki başa uçuşlar üçün göstərilmişdir.
Hava yolları şirkəti | İstiqamət | Biletin qiyməti AZN-lə |
AZAL | London Qatvik | 538 |
Paris | 502 | |
İstanbul | 298 | |
Ankara | 374 | |
Trabzon | 440 | |
Dubay (BƏƏ) | 220 | |
Moskva | 437 | |
Tbilisi | 296 | |
Aktau | 282 | |
Urumçu | 326 | |
Tehran | 244 | |
Tel-Əviv | 541 | |
Kiyev | 476 | |
Milan | 471 | |
British Airways | London Xitrou | 775 |
Lufthansa | Frankfurt | 800 |
Aşqabad | 572 | |
Austrian Airlines | Vyana | 665 |
Тurkish Airlines | İstanbul | 315 |
Aeroflot | Moskva | 440 |
Atlanta – Souz | Moskva | 467 |
China Southern | Pekin | 750 |
Uzbekistan Airways | Daşkənd | 492 |
Air Astana | Almatı | 510 |
Birbaşa uçuşlarla məsələ az-çox aydındırsa, yəni bir neçə minikdəyişmə tələb edən qovşaq uçuşlarına daha əsaslı yanaşmaq lazımdır.
Bəzi hallarda, minikdəyişmə ilə uçuş zamanı sərnişin tranzit vizasına malik olmalıdır. Hərçənd ki, adətən, reysdən reysə keçid tranzit zonası daxilində baş verir. Əgər siz hava limanını tərk etmirsinizsə, tranzit vizası sizə lazım olmayacaq. Minikdəyişmə baş verən hava limanında portu dəyişmək mümkün olub-olmadığını avia-agentdən mütləq öyrənin. Əgər siz, məsələn, digər hava limanına keçmək və ya məcburən gecələmək üçün tranzit zonasından çıxmalı olacaqsınızsa, o zaman sizin tranzit vizanız olmalıdır. Unutmayın ki, tranzit vizası ölkədə yalnız bir sutka ərzində qalmağa imkan verir. Əks təqdirdə siz adi viza əldə etməli olacaqsınız. Əgər siz tranzitlə ABŞ və ya Avstraliyadan uçursunuzsa, tranzit vizası HƏR ZAMAN lazım olacaq.
Bir şeyi də nəzərinizə çatdıraq ki, əgər siz eyni hava yolları şirkətinin xidmətindən istifadə edirsinizsə, çox zaman sizin bir təyyarədən digərinə keçməyiniz kifayət edər, özü də, bilet və baqajınızın qeydiyyata alınması uçuşun sonuna dək həyata keçirilir. Marşrutun spesifikasından asılı olan daha mürəkkəb hallar da olur. Bu zaman bir hava yolları şirkətinin daxilində minikdəyişmə yerində siz müstəqil olaraq baqajınızı alıb növbəti minmədən əvvəl pasport və gömrük nəzarətindən keçməlisiniz.
İndi isə Bakıdan uzaq məsafələrə səyahət edən sərnişinlər üçün qovşaq uçuşlarına müxtəlif hava yolları şirkətlərinin təklif etdiyi ən aşağı qiymətlərə nəzər salaq.
AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN MÜXTƏLİF HAVA YOLLARI ŞİRKƏTLƏRİNİN BİRBAŞA OLMAYAN EKONOM-KLASS UÇUŞLARI ÜZRƏ QİYMƏTLƏR
Qeyd: Qiymətlər iki başa uçuşlar üçün göstərilmişdir.
Hava yolları şirkəti | İstiqamət | Reys | Biletin qiyməti AZN-lə |
Aeroflot Lufthansa Тurkish Airlines | Qərbi Avropa | Bakı - Moskva - Münhen | 325 |
Bakı – Frankfurt - Hamburq | 700 | ||
Bakı - İstanbul - Varşava | 530 | ||
Aeroflot Тurkish Airlines Austrian Airlines | Mərkəzi Avropa | Bakı – Moskva – Praqa | 370 |
Bakı - İstanbul - Budapeşt | 370 | ||
Bakı – Vyana - Sürix | 720 | ||
Тurkish Airlines Aerosvit Airlines Lufthansa | ABŞ | Bakı - İstanbul - Çikaqo | 1060 |
Bakı – Kiyev - Nyu-York | 980 | ||
Bakı - Frankfurt - Vaşinqton | 1280 | ||
Lufthansa Тurkish Airlines Aeroflot | Cənubi Amerika | Bakı – Frankfurt - Karakas | 1645 |
Bakı - İstanbul - San-Paulo | 1325 | ||
Bakı – Moskva - Havana | 1500 | ||
Тurkish Airlines Aerosvit Airlines Lufthansa | Kanada | Bakı – İstanbul - Toronto | 1040 |
Bakı - Kiyev - Toronto | 770 | ||
Bakı – Frankfurt - Toronto | 1200 | ||
Uzbekistan Airways Тurkish Airlines Aeroflot | Cənub-Şərqi Asiya | Bakı - Daşkənd - Honkonq | 850 |
Bakı – İstanbul - Honkonq | 1040 | ||
Bakı – Moskva - Honkonq | 860 | ||
Turkish Airlines Emirates Airline | CAR | Bakı – İstanbul - Yohanesburq | 1320 |
Bakı – Dubay - Yohanesburq | 1120 | ||
Turkish Airlines Aeroflot | Şimali Afrika | Bakı – İstanbul - Qahirə | 720 |
Bakı – Moskva - Qahirə | 560 | ||
AZAL Singapore AirLines | Avstraliya | Bakı – Dubay – Sinqapur - Sidney | 2090 |
AZAL Singapore AirLines | Yeni Zelandiya | Bakı – Dubay – Sinqapur - Oklend | 2350 |
Arayış: Singapore Airlines, Emirates, Thai Airways, Lufthansa dünyanın ən yaxşı hava yolları şirkətləri hesab olunur.
Xoş uçuş arzulayırıq!
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
12.12.09-cu il

