endirimler.az

endirim_left

Bakıda müxtəlif İnternet şirkətlərinin ADSL/Unlimited tarifləri üzrə icmal (16.10.2009-cu il)

Azərbaycanda birinci provayder sayılan Delta Telecom şirkəti sentyabr ayının əvvəlində İnternet provayderləri üçün təqdim olunan kanallara qiymətlərin növbəti endirimi haqqında bəyan edəndən sonra bir çox İnternet istifadəçiləri rahat nəfəs aldı. Tariflərin 2,5 dəfə endirilməsi nəzərdə tutulurdu. Bu dəfə bir çox provayderlərin İnternet qiymətləri ötən dövrlərə nisbətən xeyli endirilmişdir ki, bu da İnternet istifadəçilərinin böyük sevincinə səbəb olmuşdur. Ümumiyyətlə, İnternet xidmətləri bazarında aşağıdakı vəziyyət yaranmışdır: bəzi şirkətlər İnternetdən istifadə qiymətlərini endirib, qoşulma sürətini əvvəlki kimi saxlamış, digərləri isə əvvəlki qiymətləri saxlayıb, qoşulma sürətini artırmışdır. Qiymət səddindən narahat olanları, yəqin ki, daha çox 1-ci variant qane edər. Bu baxımdan, ən əlverişli təklif Smart Systems şirkəti tərəfindən edilir. Tarif paketi 5 AZN-dən başlayır. Genişzolaqlı İnternet istifadəçilərinin sayı birbaşa təqdim olunan xidmətlərdən asılıdır və yeni müştəriləri, əlbəttə ki, yalnız aşağı qiymətlərlə cəlb etmək mümkündür.

Yüksək sürətli İnternet xidmətlərindən tez bir zamanda istifadə etməyi planlaşdıranlar üçün İnternet xidmətləri bazarında nə kimi dəyişikliklərin baş verdiyindən bəhs etmək istəyirik.

Stream Unlimited abunəçiləri üçün Uninet şirkətinin tarif planları dəyişilmişdir. NEO tarif paketlərinin sayı artıq səkkiz deyil, yeddidir. Optima NEO paketi daha yoxdur. Bütün yeddi paket üzrə qiymətlər əvvəlki kimi ayda 27 AZN-dən 350 AZN-ə dək təşkil edir. Verilənlərin ötürmə sürəti bəzi hallarda 2 dəfə artmış, məsələn, 768 kbit/s əvəzinə abunəçi 1536 kbit/s, 1024 kbit/s əvəzinə 2048 kbit/s alır. Layt, Standart, Medium və Profi NEO paketləri üzrə endirimləri 1, 3, 6, 9 və 12 ay əvvəl ödəniş etdikdə əldə etmək olar.

Freedom tarif paketlərinə gəldikdə isə, onların da sayı azalmış, on dörd əvəzinə on olmuşdur. Axırıncı dörd paket artıq yoxdur. Paketlərin qiyməti əvvəlki kimi qalır, verilənlərin ötürülmə sürəti isə bütün paketlər üçün 2 dəfə artırılmışdır.

«Home» («Light Home» и «Standard Home») kateqoriyasına aid tariflərdə şənbə, bazar və bayram günlərində İnternetə giriş gecə-gündüz təqdim olunur, axşam saat 7-dən səhər saat 10-a dək olan gündəlik giriş isə müvafiq olaraq 30 AZN və 50 AZN təşkil edir.

SUPERONLINE provayderinin limitsiz giriş paketlərinin sayı artmış, onlara ayda 20 AZN ödənişli SUPERPRICE paketi də əlavə olunmuşdur. Bronze, Silver, Gold və Platinum paketlərinin qiyməti bir qədər azalmış, verilənlərin ötürmə sürəti bəzi hallarda 2 dəfəyə dək artmışdır.

SUPERONLINE şirkətində saat 00:00-dan günorta saat 12:00-a dək olan vaxt gecə saatları hesab olunur. Bu saatlarda məxaric axın sürəti (upload) 1 Mbit/s-ə çatır, mədaxil axın sürəti isə (download) bütün tarif planlarında 4 Mbit/s-ə dək artırılır.

Pulsuz qoşulma, instalyasiya və ADSL-modem yalnız yeni istifadəçilərə təqdim olunur. Təkrar qoşulma qiyməti bütün tarif planları üçün 7 AZN təşkil edir.

AZERONLINE şirkəti dörd əvəzinə üç paket təklif edir. 20, 30 və 60 AZN ödənişli qoşulma sürəti indi 2 dəfə artırılmışdır. Təkrar qoşulmanın qiyməti 10 AZN təşkil edir, ADSL-kartları isə şəhərin İnternet klublarında və Azercell şirkətinin bəzi filiallarında əldə etmək olar. Evdən çıxmadan kart əldə etmək istəyənlər onu telefonla sifariş edə bilər.

SMS vasitəsilə ADSL balansını ödədikdə tariflər əvvəlki kimi, yəni 5 və 10 AZN olaraq qalır.

CONNECT şirkəti İnternetə qoşulma sürətini 2 dəfə artırmış, tariflər dəyişilməz, yəni 30, 60 və 250 AZN olaraq qalmışdır.

ULTEL şirkəti ADSL/UNLIMITED üzrə paketlərin ümumi sayını səkkiz olaraq saxlamışdır. Şirkətin qiymətlərinin dəyişilməz qaldığına baxmayaraq, ilkin aylıq ödəniş haqqı əksər provayderlərin təklif etdiklərindən aşağıdır və 15 AZN təşkil edir. Bu qiymətə müvafiq qoşulma sürəti 64 kbit/s deyil, 256 kbit/s-dir. 22.00-dan 09.00-a dək davam edən gecə saatlarında və bazar günləri İnternet haqqı 50% aşağı olur.

Smart Systems şirkəti genişzolaqlı İnternetə giriş üçün inanılmaz dərəcədə aşağı qiymətlər təklif edir. Provayderin yeni tariflərinə əsasən, keçirmə qabiliyyəti 128 Kbit/s olan ADSL girişinin aylıq abunə haqqı 5 AZN, 512 Kbit/s - 12 AZN, 1024 Kbit/s - 20 AZN və 2048 Kbit/s - 48 AZN təşkil edir. Qoşulmaq üçün ərizəni şirkətin saytında doldurmaq olar.

INTRANS İnternet provayderi yeni tariflər üzərində aparılan işi cari ilin oktyabr ayı üçün başa çatdırmışdır. UNLIMITED qiymətləri əvvəlki kimi qalmış, qoşulma sürəti isə 2 dəfə artmışdır. Provayderlərin əksəriyyətində olduğu kimi, 256/256 paketi istifadədən çıxarılmışdır. İki yeni paket əlavə olunmuşdur: 3072/1024 - 283.2 AZN və 4096/1024 - 377,6 AZN.

AzEuroTel Azərbaycan-Britaniya şirkətinin tarif planında həmçinin dəyişikliklər edilmişdir. Paketlərin sayı azalmışdır. Qoşulma sürəti 1024/512 olan AET Freestyle 1024 paketinin qiyməti indi 39 AZN, qoşulma sürəti 1536/512 olan AET Freestyle 1536 paketinin qiyməti isə 69 AZN təşkil edir. Qiymətlər əvvəlkilərdən 2 dəfə ucuzdur (75 və 110 AZN). Telefon xəttinin ADSL-a qoşulma qiyməti 15 AZN təşkil edir.

ADANET şirkətinin yeni tariflərində gecə saatlarında İnternetdən istifadə üçün əlavə bonuslar yoxdur. Qiymətlər əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. 4 paket mövcuddur. Onların qiyməti 25 (768/ 768), 30 (1024/1024), 50 (1536/1024) və 60 (2048/1024) AZN təkil edir.

AztelecomNet və BakinterNet Dövlət provayderləri təqdim olunan İnternet xidmətlərinə tariflərin dəyişilməsi üzərində daha çox işləyənlərin sarasına daxil idi. Yeni qiymətlər əvvəlkilərdən xeyli aşağıdır. Əgər 6144 paketi əvvəl 2800 AZN idisə, indi onun qiyməti 8 dəfə azalıb, 350 AZN olmuşdur. Mövcud 8 paketə qiyməti 495 AZN olan yeni, 9-cu 8192 paketi əlavə olundu. 3 və 6 ay əvvəl ödəniş edildiyi halda 256, 512, 1024 və 2048 paketləri üzrə endirimlər nəzərdə tutulur.

AVIRTEL şirkəti yeni tariflər üzərində işini sentyabrın sonuna yaxın bitirməli idi. Amma hələ ki bu iş başa çatdırılmayıb. Şirkətin ofisində mənə verilən xəbərə görə, tarif paketi 128/128 Kbit/s deyil, 256/256 Kbit/s qoşulma sürətindən başlayacaq və ayda 29 AZN təşkil edəcək ki, bu da əvvəlki qiymətdən 20 AZN aşağı olacaq.

ADSL/UNLIMITED üzrə tariflər

UniNet
NEO limitsiz tarif planları

Tarif planı
Verilənlərin ötürülmə sürəti, kbit/s(down)
Quraşdırma, (AZN)
Aylıq abunə haqqı (AZN)
Trafik
Vaxt məsafəsi
Ekonom NEO
1536
15
27,00
Qeyri-məhdud
Gecə-gündüz
Ekstra NEO
2048
15
31,00
Qeyri-məhdud
Gecə-gündüz
Layt NEO
3072 dək
15
40,00
Qeyri-məhdud
Gecə-gündüz
Standart NEO
4096 dək
15
60,00
Qeyri-məhdud
Gecə-gündüz
Medium NEO
5120 dək
pulsuz
100
Qeyri-məhdud
Gecə-gündüz
Profi NEO
6144 dək
pulsuz
170
Qeyri-məhdud
Gecə-gündüz
Turbo NEO
7680 dək
pulsuz
350
Qeyri-məhdud
Gecə-gündüz

Bir neçə ayın ödənilməsi şərtilə NEO tarif paketləri üçün nəzərdə tutulan endirimlər:


Tarif planı
 
                İlkin ödəniş dövrü
1 ay
3 ay
6 ay
9 ay
1 il
                         (AZN)
Layt NEO
40
110
210
300
350
Standart NEO
60
170
320
450
570
Medium NEO
100
250
500
700
900
Profi NEO
170
450
900
1300
1600

Freedom Limitsiz tarif planları

Tarif planı
Verilənlərin ötürmə sürəti, kb/s(down)
Quraşdırma,(AZN)
Aylıq abunə haqqı (AZN)
Trafik
Minimal
768
15
27,00
qeyri-məhdud
Aktiv
1024
15
30,00
qeyri-məhdud
Ekonom
1536
15
40,00
qeyri-məhdud
Ekstra Freedom
2048
15
55,00
qeyri-məhdud
Layt Freedom
2560 dək
15
70
qeyri-məhdud
Tvin
3072 dək
pulsuz
105
qeyri-məhdud
Standart Freedom
3584 dək
pulsuz
130
qeyri-məhdud
Tornado
4096 dək
pulsuz
170
qeyri-məhdud
Medium Freedom
5120 dək
pulsuz
220
qeyri-məhdud
Profi Freedom
6144 dək
pulsuz
320
qeyri-məhdud


Tarif planı
Verilənlərin ötürülmə sürəti, kbit/s(down)
Quraşdırma,(AZN)
Aylıq abunə haqqı (AZN)
Trafik
Vaxt məsafəsi
Layt Home
1536
15
30,00
Qeyri-məhdud
1900 – 1000 + weekend*


SUPERONLINE

SuperADSL tarif planları üzrə cədvəl

SPEED
DOUBLE SPEED
SUPERPRICE (AZN)
BRONZE (AZN)
SILVER (AZN)
GOLD (AZN)
PLATINUM (AZN)
768 Kb/s
1,5 Mb/s
20
30
40
60
120
1 Mб/с
12 Mb/s
25,3
38
51
76
152
1,5 Mb/s
3 Mb/s
30
45
60
90
180
2 Mb/s
4 Mb/s
36,6
55
73
110
220
3 Mb/s
6 Mb/s
57,3
86
115
172
344
4 Mb/s
8 Mb/s
73,3
110
146
220
440
6 Mb/s
12 Mb/s
113,3
170
227
340
680
12 Mb/s
24 Mb/s
226
339
452
678
1356


AZERONLINE

Sürət, kbit/s
Aylıq ödəniş (AZN)
İnstalyasiya (AZN)
512/512
20
pulsuz
1024/1024
30
pulsuz
2048/1024
60
pulsuz

CONNECT

Tarif planı
Qoşulma sürəti
Qoşulma qiyməti
Aylıq abunə haqqı
1024/1024
1024/1024
15 AZN
30 AZN
2048/1024
2048/1024
15 AZN
60 AZN
4096/1024
4096/1024
0 AZN
250 AZN


ULTEL

Keçirmə qabiliyyəti, (kb/s)
Quraşdırma haqqı, ƏDV daxil olmaqla, AZN
Aylıq ödəniş, ƏDV daxil olmaqla, AZN
Gecə ADSL, ƏDV daxil olmaqla, AZN
256/256
0
15
 
512/512
0
25
15
1024/512
0
30
18
1024/1024
0
40
20
2048/1024
0
80
40
3072/1024
0
160
80
6144/1024
0
350
180
8192/1024
0
500
250


Smart Systems

Sürət, Kbit/s
Aylıq ödəniş (AZN)
128/128
5 AZN
512/512
12 AZN
1024/1024
20 AZN
2048/2048
48 AZN


INTRANS

Sürət
Aylıq ödəniş, ƏDV daxil olmadan, AZN
Aylıq ödəniş, ƏDV daxil olmaqla, AZN
512/512
44.00
51.92
1024/1024
80.00
94.40
2048/1024
140.00
165.20
3072/1024
240.00
283.2
4096/1024
240.00
283.2


AzEuroTel

AET-Unlimited High Speed Internet - qeyri-məhdud çıxış

Paketin adı
Sürət, Kb/s (down/up)
Aylıq abunə haqqı (AZN)
AET Freestyle 1024
1024 / 512
39,00
AET Freestyle 1536
1536 / 512
69, 00


ADANET

Sürət (kbit/s)
Aylıq ödəniş (AZN)
768/768 kbps / 768 kbps
25.00
1 Mbps / 1 Mbps
30.00
1.5 Mbps / 1 Mbps
50.00
2 Mbps / 1 Mbps
60.00


AZTELECOM və BakinterNet

Kanalın sürəti (giriş/çıxış), kbit/s
Əvvəlcədən ödənilmiş trafik
Qoşulma ödənişi, AZN
Aylıq abunə haqqı, AZN
256
Qeyri-məhdud
5
15
512
Qeyri-məhdud
5
24
1024
Qeyri-məhdud
5
29
2048
Qeyri-məhdud
5
65
3072
Qeyri-məhdud
5
150
4096
Qeyri-məhdud
5
180
5120
Qeyri-məhdud
5
290
6144
Qeyri-məhdud
5
350
8192
Qeyri-məhdud
5
495

Məqalədə yuxarıda göstərilən provayderlərin rəsmi mənbələrində verilmiş məlumatlardan istifadə olunmuşdur. Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovadan müstəqil icmal.
16.10.09-cu il