endirimler.az


Azərbaycanda avtomobil əldə edilməsi üçün kreditlərin icmalı (11.09.2009-cu il)
Bu gün Azərbaycanda ən populyar kreditlər məişət texnikası və avtomobillərin əldə edilməsi üçün alınan kreditlərdir. Daşınmaz əmlak kreditləri bu sıraya daxil deyil, çünki tələbat hələ ki təklifləri üstələyir.
Odur ki, gəlin avtomobil kreditləri haqqında söhbət açaq. Biz hələ də ümumdünya iqtisadi böhranı yaşayırıq, amma buna baxmayaraq, avtomobil almaq istəyənlərin sayı azalmır. Yalnız bankların kreditvermə şərtləri, yəni müddət və faiz dərəcələri dəyişir.
Bir müddət əvvəl bəzi banklar bu növ kreditləşdirməni dayandırmışdır. Ancaq indi biz bu məsələdə bir qədər sabitlik müşahidə edə bilirik.
Gəlin görək, hazırda bankların bilavasitə iştirakı ilə avtomobil dilerləri bizə nə təklif edir. Bunu öyrənmək məqsədilə, avtomobil əldə etmək üçün mövcud kreditvermə şərtlərini və kredit götürdükdə lazım olan sənədləri nəzərdən keçirək.
Kredit şərtləri
Avtomobil kreditini 20 yaşı tamam olmuş, bəzi banklarda isə 22 yaşı ötmüş vətəndaşlar əldə edə bilər. Maksimal yaş həddi 65 yaş təşkil edir.
Əldə edilən və girov kimi təklif olunan nəqliyyat vasitəsinin istismar müddəti 5 ildən yuxarı olmamalıdır. Kredit hesabına əldə olunan nəqliyyat vasitəsi kreditin təmin olunması üçün girov qoyulur, yəni kredit üzrə girov avtomobilin özü sayılır.
İlk ödəniş avtomobilin dəyərinin 20%-dən 50%-nə dək təşkil edə bilər. Maksimal kredit məbləği 50 000AZN təşkil edir. Maksimal kredit müddəti 60 aydır. Borc götürən borcu (avtomobilin qiymətini və onun üzərinə hesablanan faizləri) aybaay bərabər ödəniş məbləği ilə ödəyir.
Kredit almaq istiqamətində addımlar
Əvvəl avtomobilin markasını seçməli, sonra isə məhz bu markaya aid avtomobillərin satışı ilə məşğul olan salon və ya ticarət məntəqəsinə müraciət etməlisiniz. İstədiyiniz avtomobilin kreditlə satılıb-satılmamasını və, satıldığı halda, kreditvermənin hansı bank tərəfindən sənədləşdiriləcəyini öyrənin. Bu zaman göstərilən bankın hansı filialının avtokredit verdiyini dəqiqləşdirmək vacibdir. Bankların birində mənə izah etdiklərinə görə, bu növ krediti eyni bankın bütün filialı təqdim etmir. Onlardan bəziləri, ümümiyyətlə, bu sxem üzrə işləmir və ya avtokredit verilməsini müvəqqəti olaraq dayandırmışdır.
Salonda kreditin alınması üçün nə kimi sənədlərin lazım olduğunu Sizə izah edərlər. Adətən, bu, aşağıdakı sənədlər olur:
1. Avtokreditin verilməsi üçün ərizə;
2. Avtokreditin alınması üçün anket;
3. Şəxsiyyət vəsiqəsi;
4. Borc götürənin aylıq maaşı haqqında sənəd. Lakin iş yerindən aylıq maaş və iş stajı göstərilən arayışın təqdim edilməsini hər bank tələb etmir;
5. Nəqliyyat vasitəsinin AR DİN Dövlət Yol Polisi İdarəsində texniki baxış keçməsi haqqında arayış;
6. Nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında qiymət təyinatçısı tərəfindən tərtib edilmiş hesabat.
Kredit üzrə ödəniş
Kredit üzrə ödəniş vaxtında və bank tərəfindən borc götürənə verilən ödənişlər cədvəlinə uyğun olaraq edilməlidir.
Cədvəl üzrə ödənişlər gecikdirildiyi halda, gecikmə müddəti 60 gündən çox olarsa, müştəridən 200 AZN məbləğində cərimə alınır (Bank of Baku). Bundan əlavə, bu kimi qrupa aid olan müştərilər bankdan təkrar kredit almaq imkanından məhrum olunur. Sahibləri borcunu vaxtında ödəyə bilməyən avtomobilləri bank geri alır və pulun qaytarılması məqsədilə onların satışı ilə məşğul olur.
ŞƏHƏRİN MÜXTƏLİF AVTOSALONLARINDA SATIŞ ŞƏRTLƏRİ
VOLKSWAGEN avtomobillərinin satışı ilə məşğul olan EURO STYLE şirkəti Azərbaycan Beynəlxalq bankı (IBA) ilə əməkdaşlıq edir. Avtomobillər illik 19%, ilk ödəniş 20% və müddəti 1 ildən 5 ilə dək olan kreditlə satılır.
BMW avtomobillərinin satışı ilə məşğul olan IMPROTEX MOTORS şirkəti bir neçə bankla əməkdaşlıq edir. Bu, AzeriqazBank, Kapital Bank və AtaBank-dır. Hər bir halda kreditlər üzrə xüsusi şərtlər mövcuddur. Təzə avtomobilin dəyərinin 40 və ya 50%-ni ilkin ödəniş olaraq ödədikdə kredit üzrə illik 22% məbləğində faiz dərəcəsi əldə etmək olar. İlk ödəniş 35% olduqda illik 25% təşkil edir.
OPEL avtomobillərini Azərbaycanda ticarət markasının rəsmi dileri olan Cahan Motors şirkətindən almaq mümkündür. 1, 2 və 3 illik müddət üçün ilk ödəniş 30%, illik faiz dərəcəsi, müvafiq olaraq, 17%, 18% və 19%, sığorta ödənişləri isə 1000AZN-dən 1500AZN-ə dək təşkil edir.
KIA Motors Azərbaycan Beynəlxalq bankı (IBA) ilə və Parabank-la əməkdaşlıq edir. 1 il müddətinə kredit rəsmiləşdirdikdə illik 0%, 2 ildən 5 ilə dək olan müddətə isə illik 19% nəzərdə tutulur. Bütün hallarda ilk ödəniş 20%, sığorta ödənişləri isə 3% до 7,4%-dək təşkil edir.
CASPIAN MOTORS (MITSUBISHI) Respublika bankının iştirakı ilə kreditlər üzrə üç sxem təklif edir. Ilk ödəniş 30% olduqda illik 21%, 40% olduqda illik 20%, 50% olduqda isə illik 18% təşkil edir. Kredit 1 ildən 5 ilə dək olan müddətə rəsmiləşdirilir.
FORD və PEUGEOT markalı avtomobillərinin satışını Ford Azerbaijan şikrəti həyata keçirir. NBC bankının təklif etdiyi hər 3 halda ilk ödəniş 20%, illik faiz dərəcəsi isə 22%-dən 24%-ə dək təşkil edir. Ödəmə müddəti 5 ildir.
HYUNDAI AUTO Azərbaycanda HYUNDAI konserninin rəsmi dileridir. UniBank və “Bank of Baku” bankları ilə əməkdaşlıq edir. Kredit termini 1 ildən 3 ilə dək təşkil edir. İlk ödəniş avtomobilin dəyərinin 25%-i qədər olmaqla, illik faiz dərəcəsi 20% təşkil edir. İlkin ödəniş 50%, kredit müddəti isə 1 il olduğu halda faiz dərəcəsi nəzərdə tutulmur.
VOLVO və HONDA şirkətlərinin Azərbaycanda rəsmi dileri olan AZTOL şirkəti 5 il müddətinə kredit təqdim edir. Bununla belə, kredit müddəti 1 il olduqda, ilk ödəniş 20%, 2 il olduqda isə 30% təşkil edir. Hər iki halda illik faiz dərəcəsi yoxdur. Əgər kredit müddəti 5 il olarsa, illik faiz dərəcəsi 24% olmaqla, ilk ödəniş 30% təşkil edəcək. Sığorta ödənişləri 4% təşkil edir.
Subaru şirkəti lizinqdən, yəni bankın iştirakı olmadan daxili kredit sxemindən istifadə edir. Maksimal kredit müddəti 4 ildir. Illik 16% olduqda ilk ödəniş 30% təşkil edir. Sığorta ödənişləri yoxdur.
Toyota Center Baku respublikada TOYOTA şirkətinin rəsmi dileridir. Bir neçə iri bankla əməkdaşlıq edir. Bu, Unibank, Nikoil Bank, AGBank, PASHA Bank və YapiKredi Bank Azerbaijan banklarıdır. İllik faiz dərəcəsi kreditin müddətindən asılıdır: ilk ödəniş 30%-dən 90-ə dək olduqda, 1 il üçün illik 15%, 2 il üçün 16% və 3 il üçün 17% təşkil edir. Əgər ilk ödəniş 29%-dən yuxarı olmasa (minimum 20%-dir), illik faiz dərəcəsi 22% təşkil edəcək.
Nurgun Motors şirkəti müxtəlif avtomobillərin, o cümlədən, Nissan və Infinity markalı avtomobillərin satışını həyata keçirir. Kredit 5 ilə dək müddətə və 20%-dən 24%-ə dək ilk ödənişlə götürülə bilər. 2 il kredit müddəti ilə, 50 və daha çox faiz ödənildikdə, illik faiz dərəcəsi hesablanmır. Sığorta ödənişlərinin məbləğinə dair ətraflı məlumat NBC bankda kredit üzrə mütəxəssisdən alına bilər.
Autostar Kaukasus Mercedes-Benz avtomobillərinin kredit satışı ilə hələ məşğul olmamış, ancaq bunu planlaşdırmışdır. Hazırda xarici banklardan biri ilə bu məsələ üzrə əməkdaşlıq etmək üçün fəal danışıqlar aparılır.
Avtodilerin adı | Kredit alına bilən məvqelərin (markaların) sayı | Avtodilerlərin kreditlər üzrə əməkdaşlıq etdiyi banklar | İllik faiz dərəcəsi, % | İlkkin ödəniş, % | İlkin ödəniş edilən vaxt | Kreditin termini | Sığorta ödənişləri, % |
EURO STYLE LTD (Volkswagen) | Dəqiq göstərilmir | IBA Azərbaycan Beynəlxalq bankı | 19% | 20% | Dərhal kredit rəsmiləşdirdikdə | 1-5 il | Kredit ekspertindən öyrənmək olar |
IMPROTEX MOTORS (BMW) | 10 | Azəriqazbank Kapital Bank AtaBank | 22% 22% 25% | 50% 40% 35% | Dərhal kredit rəsmiləşdirdikdə | 1-2 il 1-2 il 1-3 il | Kredit ekspertindən öyrənmək olar |
KIA Motors AZ (KIA) RICH Co. (UZ DAEWOO & SsangYong ) | 12, 13 | IBA Azərbaycan Beynəlxalqbankı Parabank | 0% 19% 19% | 20% 20% 20% | Dərhal kredit rəsmiləşdirdikdə | 1 il 2 il 5 il | Minimal-3%, Maksimal-7.4% |
AZTOL CO. LTD ( VOLVO & HONDA) | 10 | Azərdəmiryolbank | 0% 0% 4% | 20% 30% 30% | Dərhal kredit rəsmiləşdirdikdə | 1 il 2 il 5 il | 4% |
Ford Azerbaijan (FORD & PEUGEOT ) | 13, 15 | NBC Bank | 22% 23% 24% | 20% 20% 20% | Dərhal kredit rəsmiləşdirdikdə | 1-3 il 4 il 5 il | Kredit ekspertindən öyrənmək olar |
Hyundai Auto Azerbaijan (Hyundai) | 15 | Unibank, Bank of Baku | 20% 0% | 25% 50% | Dərhal kredit rəsmiləşdirdikdə | 1-3 il 1 il | Kredit ekspertindən öyrənmək olar |
Autostar Kaukasus (Mercedes-Benz) | Hələ vermir, amma bankla danışıqlar aparır. Təxminən 2 həftədən sonra gözlənilir | ||||||
Subaru Azərbaycan (Subaru) | Dəqiq göstərilmir | Lizinq (daxili kredit) | 16% | 30% | Dərhal kredit rəsmiləşdirdikdə | 1-4 il | - |
CASPIANMOTORS (Mitsubishi) | Dəqiq göstərilmir | Bank Respublika | 21% 20% 18% | 30% 40% 50% | Dərhal kredit rəsmiləşdirdikdə | 1-5 il | Kredit ekspertindən öyrənmək olar |
Nurgun Motors (Nissan & Infinity) | Dəqiq göstərilmir | NBC Bank | 22%-24% 0% | 20% 50% | Dərhal kredit rəsmiləşdirdikdə | 1-5 il 2 il | Kredit ekspertindən öyrənmək olar |
Cahan Motors (OPEL) | 5 | YapiKredi Bank Azərbaycan | 17% 18% 19% | 30% 30% 30% | Dərhal kredit rəsmiləşdirdikdə | 1 il 2 il 3 il | 1000-1500 AZN |
Toyota Center Baku (TOYOTA) | Unibank, Nikoil Bank, AGBank, PASHA Bank, YapiKredi Bank "Azərbaycan" | 22% 15% 16% 17% | 20-29% 30-90% 30-90% 30-90% | 1-3 il 1 il 2 il 3 il | Kredit ekspertindən öyrənmək olar | ||
Alış-verişiniz uğurlu olsun!
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovadan müstəqil icmal
11 sentyabr 2009-cu il

