endirimler.az


Bakı mağazalarında məişət texnikasının əldə edilməsi üçün (16.09.2009-cu il)
Düşünürəm ki, hər bir ailə kreditlə məişət texnikası əldə etmək haqqında fikirləşir və bu sxem üzrə alış edib-etməməyindən asılı olmayaraq bu məsələ ilə maraqlanır. Əgər təcili tələbat yaranır, pul isə həmişəki kimi çatmırsa, o zaman bu variant çox yerinə düşür. Ancaq əgər kredit şərtləri həddinən artıq sərt olarsa, yəni, əslində, Siz malın ikiqat dəyərini ödəyəcək olarsınızsa, yaranmış eyforiya hissi sönəcək. Əvvəl Sizi cəlb edən qiymət tam komisyon haqqı hesablandıqdan sonra o qədər arta bilər ki, həmin məbləğə Siz, əslində, iki mal əldə edə bilərdiniz.
Adətən, lazımi malı təcili əldə etmək istəyən adamlar kreditlə alış edir. Amma, hər halda, tələsik alış etməyə dəyməz. Vaxt ayırıb, bir neçə mağazada kreditvermə şərtlərilə tanış olmaq, kreditlə mal verilməsi hansı sxem üzrə baş verdiyini və, ən əsası, bir neçə ay ərzində yığılacaq ümumi məbləği ətraflı öyrənmək lazımdır. Bu onun üçündür ki, dükanın və bankın təqdim etdiyi məbləğin qalığını ödəməyə gedənə dək aldığınız mala görə sevinc hissi Sizi tərk etməsin.
Soyuducu, televizor, paltaryuyan maşın və ya qaz pilətəsini almaq yaxud təzəsi ilə əvəz etmək zərurəti ilə növbəti dəfə üzləşən kəslərin işini yüngülləşdirmək üçün mən şəhərin bəzi dükanlarında mövcud olan kreditvermə şərtləri haqqında xəbər vermək istəyirəm.
“Neftçilər” metro stansiyası ərazisində yerləşən BEKO SOLITON mağazasında olmaq da çox xoş təsir bağışladı. Burada kreditvermə şərtləri üzrə cavabdeh şöbə daxil olmaqla bütün personal ünsiyyətli və gülərüzdür. Onlar mənə izah etdi ki, BEKO SOLITON mağazalarında mallar müddəti 6 aydan 8 aya dək olan daxili kreditlə, yəni bankın iştirakı olmadan, satılır. Kredit əldə etmək üçün mütləq daimi Bakı qeydiyyatı olan şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
Təxminən 30 adda mal kreditlə buraxılır. İlk ödəniş malın dəyərindən asılı olaraq 25%-dən 30%-ə dək təşkil edir. Əgər Siz paltaryuyan maşın, soyuducu, qaz pilətəsi və s. kimi iri həcmli mal əldə etmək istəyirsinizsə, faiz daha az (25%) olacaq, nəinki fen, şirəçəkən və s. kimi kiçik həcmli məişət əşyaları aldıqda çıxılan faiz (30%). İkinci ödəniş alış edilən gündən sonra bir ay müddətindən gec olmayaraq edilməli və bu qaydada ödəniş müddəti boyunca ödənilməlidir. Mağaza sığorta faizi tutmur.
Kredit rəsmiləşdirən qız, nümunə olaraq, kağızında qiyməti 370 AZN kimi göstərilən soyuducunun kreditlə mənə neçəyə başa gələcəyini hesabladı. Kalkuoyatorda cəld hesabladıqdan sonra, o, bildirdi ki, kredit 8 ay müddətinə rəsmiləşdirilərsə, ilk ödəniş - 99 AZN, aylıq ödəniş - 43 AZN, soyuducunun ümumi dəyər məbləği isə 443 AZN təşkil edəcək
Hazırda BEKO SOLITON mağazaları reklam kampaniyaları keçirmir, ancaq yaxın zamanlarda, çox güman ki, bu ayın sonunda onlardan birinin başlanılması planlaşdırılır. Nə kimi dəyişikliklər olacağı haqda suala cavab olaraq dedilər ki, yəqin, malların qiyməti dəyişəcək, kredit şərtləri isə əvvəlki kimi qalacaqdır.
Cəmi 4 BEKO SOLITON mağazası mövcuddur. Onlar şəhərin müxtəlif yerlərində, yəni 28 May küçəsində (baş ofis), Tbilisi prospektində, “Həzi Aslanov” və “Neftçilər” metro stansiyalarının yaxınlığında yerləşir. BEKO SOLITON mağazalarını BEKO mağazalarından fərqləndirən kreditvermə şərtləridir. Kreditlə mal əldə etmək üçün BEKO mağazalarında alıcı şəxsiyyət vəsiqəsindən əlavə iş yerindən arayış təqdim etməlidir.
Baş çəkdiyim növbəti mağaza həmçinin “Neftçilər” metro stansiyası ərazisində yerləşən MAGNIT mağazası oldu. Orada çalışan mehriban və xoşxasiyyət personal mənim bütün suallarımı məmnuniyyətlə cavablandırdı.
Mağazada çoxsaylı məişət texnikası əşyaları təqdim olunmuşdur. Malları 6 aydan 10 aya dək olan müddətə, daxili kredit sxemi üzrə (artıq bildiyiniz kimi, bankın iştirakı olmadan) əldə etmək olar. Yalnız kondisionerlərə müddəti 18 aya dək olan kredit rəsmiləşdirilir. İlk ödəniş 10 və ya 20% təşkil edir. Məsələn, Siz qiyməti 640 AZN olan DAEWOO paltaryuyan maşını alırsınız, krediti isə 10 ay müddətinə rəsmiləşdirirsiniz. Deməli, dəyərin 20%-ni əvvəldən ödəyib, 10 ay ərzində Siz hər ay 64 AZN ödəyəcəksiniz. Lakin ilk ödəniş etməyib, malın dəyərinə 20% əlavə etməklə də onu əldə etmək olar. Həmçinin kanpaniyaya düşən mallar mövcuddur ki, belə olan halda kredit faizsiz və ilk ödənişsiz olur, yəni malın qiyməti 400 AZN olarsa, ümumilikdə, Siz onun üçün bu məbləğdən artıq ödəməyəcəksiniz. Sığorta ödənişləri yoxdur.
Hazırda məişət texnikası ilə bağlı kampaniyalar yoxdur. Ancaq paltaryuyan maşın aldıqda, Sizə paltaryuyan toz hədiyyə verilir.
MAGNIT dükanları yeddi saydadır: biri “Neftçilər” metro stansiyası yaxınlığında, ikisi Əhmədli qəsəbəsində, ikisi – 28 May küçəsində, biri 3-cü mikrorayonda, biri isə “N.Nərimanov” metro stansiyası yaxınlığında yerləşir.
Baş çəkdiyim növbəti mağaza “Sahil” metro stansiyasının yanında yerləşən PANASONIC mağazası oldu. Kreditvermə şərtləri ilə mən mağazanın girişində yerləşən ardıcıl təlimat vərəqəsindən tanış oldum. Mağaza “Bank of Baku” bankı ilə əməkdaşlıq edir. Kredit əldə etmək üçün lazım olan sənədlər: şəxsiyyət vəsiqəsi, iş yerindən və ya təqaüd haqqında arayış. Kredit məbləği 1500 AZN-dən yuxarı olarsa, tərəfdaşın zəmanəti tələb olunur. 20 yaşdan 65 yaşa dək olan vətəndaşlar kreditlə alış edə bilər. İş yerindən təqdim olunan arayışda 3 aydan az olmayan iş stajı göstərilməlidir. Kredit termini 3 aydan 24 aya dək təşkil edir. Standart şərtlərə görə, kredit minimum 3 ay, maksimum isə 18 ay müddətinə rəsmiləşdirilir. Kredit qiyməti 150 AZN-dən 3000 AZN-ə dək olan mallara rəsmiləşdirilə bilər. İlk ödəniş yox, faiz dərəcəsi illik 30%, komisyon haqqı hər ödənişin payına düşən kredit məbləğindən 5% (minimum 1 AZN, maksimum 10 AZN) + birinci ay ödənilən 20 AZN təşkil edir. Diaqonalı 32 düym olan LG markalı televizorun pərakəndə satış qiyməti 499 AZN təşkil edir. 12 ay müddətinə kredit rəsmiləşdirdikdə aylıq ödəniş 50-60AZN, dəyərin ümumi məbləği isə 670 AZN təşkil edir.
Bizi maraqlandıran sxem üzrə malların satışını, təəssüf ki, dayandıran MUSIK GALERY mağazasına baş çəkdikdən sonra, hər növ məişət texnikasını kreditlə satan HOME CREDIT mağazasına zəng etdim. Burada assortiment aparıcı dünya istehsalçılarının təqdim etdiyi texnika növlərindən ibarətdir. Dükan “Standart” bankı ilə əməkdaşlıq edir. İlk ödəniş yoxdur, faiz dərəcəsi illik 25% təşkil edir. Komisyon haqqı birinci ay ödənilir. Kredit termini 12, 18 və ya 24 ay təşkil edir. Qiyməti 690 AZN olan LG televizoruna 10 aylıq kredit rəsmiləşdirdikdə, televizorun son qiyməti 870 AZN təşkil edəcək.
Mağaza 8-ci mikrorayonda yerləşir, onun filialları yoxdur.
ELECTROSHOPPLUS mağazasında LG, INDESIT, ARISTON, SIEMENS, KENWOOD, PHILIPS, SUPER MAX, EVROLINE, SILVERLINE, SONY, SAMSUNG, VESTEL, JVC, PANASONIC, BRAUN, TEFAL, MOULINEX, NEVA LUX, REDBER,GRETA kimi tanınmış markaların təqdim etdiyi geniş çeşidli mallar təqdim olunur. Bütün malların kreditlə verilməsi rəsmiləşdirilə bilər. “Bank of Baku” bankı ilə əməkdaşlıq edir. Kredit rəsmiləşdirməsi üçün iş yerindən arayış təqdim etmək lazımdır. İş yeri dövlət strukturu deyil, özəl şirkət olarsa, həmin şirkət sabit maliyyə durumu olan şirkətlər kateqoriyasına daxil olmalıdır. Kredit müddəti 3 aydan 24 aya dək ola bilər. İlk ödəniş 10% təşkil edir. Növbəti ödəniş bir aydan sonra edilməlidir. Orada, mənim xahişimlə, qiyməti 480 AZN təşkil edən ARISTON markalı paltaryuyan maşınını kreditlə 12 ay müddətinə alacağım halda, onun mənə neçəyə başa gələcəyini hesabladılar. Bu məbləğ 550 AZN təşkil etdi. Mağaza Qaraçuxur qəsəbəsində yerləşir. Filialları yoxdur.
Qeyd etmək lazımdır ki, şəhərin müxtəlif mağazaları üzrə “Bank of Baku”bankının istifadə etdiyi kreditvermə şərtləri bir-birindən fərglənir.
KREDİTVERMƏ SXEMLƏRİNİN İCMALI | |||||||
Mağazanın adı | Kredit götürüləcək mövqelərin sayı | Mağazaların kreditlər üzrə əməkdaşlıq etdiyi banklar | Illik faiz dərəcəsi, % | İlk ödəniş, % | İlk ödəniş edilən vaxt | Kredit termini | Sığorta ödənişləri |
BEKO SOLITON | 30 | Daxili kredit üzrə | 25% | 25-30% | Dərhal kredit rəsmiləşdikdə | 6-8 ay | - |
MAGNIT | Mövqelərin dəqiq sayı göstərilmir | Daxili kredit üzrə | 0% | 10, 20% | Dərhal kredit rəsmiləşdikdə | 10 ay | - |
PANASONIC | Mövqelərin dəqiq sayı göstərilmir | Bank of Baku | 30% | 0% | Növbəti ay | 3-18 ay | 5% + 20 AZN |
HOME CREDIT | Mövqelərin dəqiq sayı göstərilmir | Standart | 25% | 0% | Növbəti ay | 12, 18 və ya 24 ay | İnformasiyanı mağazaya gəlib kredit ekspertindən öyrənmək olar |
ELECTROSHOPPLUS | Mövqelərin dəqiq sayı göstərilmir | Bank of Baku | 16% | 10% | Dərhal kredit rəsmiləşdikdə | 3 aydan 24 aya dək | 0,2% |
Alış-verişiniz uğurlu olsun!
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovadan müstəqil icmal
16 sentyabr 2009-cu il

