endirimler.az


Azərbaycanda ən yeni simsiz rabitə texnoloqiyalarına tariflərin icmalı (03.09.2009-cu il)
Wi-Max
Bu gün Wi-Max texnologiyasını Azərbaycanda Azqtel Azərbaycan-Britaniya şirkəti tətbiq etmişdir. Tezliklə Azərbaycanda DWDM şəbəkəsinə malik aparıcı rabitə operatorlarından biri olan Delta Telecom şirkəti Alcatel-Lucent-lə birgə Wi-Max mobile xidmətlərini təqdim etməyi planlaşdırır. Hazırda Delta Telecom-un baş stansiyasında şirkət test rejimində texnologiyanı sınaqdan keçirir. Bu texnologiyanın tətbiqinə yaxın zamanda başlanılacaq və təqdim olunan xidmətlərin qiyməti daha aşağı olacaq. Bu layihə başa çatdıqda, Delta Telecom təqribən 2010-cu ilin sonunda tətbiq olunacaq ən yeni LTE texnologiyası əsasında digər layihə üzərində işə başlamağı planlaşdırır. Əgər birinci layihədə İnternet sürəti 30 meqabit nəzərdə tuturdusa, bu layihədə 300 meqabit nəzərdə tutacaq.
Azqtel şirkətinin əhatə dairəsinə Bakı, Mərdəkan, Şüvəlan, “Şimali DRES” ərazisi daxildir. Şirkət Sumqayıt şəhərini də əhatə dairəsinə daxil etmək niyyətindədir. Yaxın gələcəkdə o, IP-telefoniya xidmətini tətbiq etməyi planlaşdırır. Limitsiz tarif planına uyğun olaraq 128 Kbit/s sürətli İnternetə qoşulma tarifi ayda 19 AZN, 256Kbit/s – 29 AZN, 512Kbit/s – 49 AZN, 1024 Kbit/s – 79 AZN təşkil edir. Trafik üzrə tarif paketinə uyğun olaraq 2 GB həcmində 1024 Kbit/s sürətli İnternetə qoşulma ayda 15 AZN, 5 GB - 25 AZN təşkil edir. Xidmətə qoşulmaq üçün 10 Mb/s sürətilə birləşmə təmin edən, stasionar kompüter və noutbuklarla istifadə olunacaq modem əldə etmək lazımdır. Hazırda şəbəkədaxili ərazidə sürət 1.5 Mb/s təşkil edir. Texnologiya 20-yə dək istifadəçiyə qoşulmaq imkanı verir.
Wi-Fi
Azərbaycan mobil rabitə bazarında Wi-Fi texnologiyasını Hotnet şirkəti təqdim edir. Qoşulmaq üçün Wi-Fi texnologiyası üzrə İnternetə çıxışı olan qurğu (noutbuk, PK, smartfon və s.) lazım olacaq. Əks halda WiFi-adapter əldə olunmalıdır. Əvvəlcədən ödəniş kartları qiyməti 2 AZN, 30 MB trafik və ya 3 saat istifadə üçün nəzərdə tutulan kartdan başlanır. Düşünürəm ki, nominalı 3 AZN olan kart əldə etmək daha məqsədəuyğun olar, çünki belə olan halda Siz 60 MB trafik və ya tam 1 gün istifadə edə bilərsiniz. 3 gün və ya 150 MB trafik – 8 AZN, 7 gün və ya 300 MB trafik – 15 AZN və nəhayət 30 gün və ya 500 MB trafik 30 AZN-dir.
CANOPY
AzStarNet şirkəti respublikada bu texnologiyanın istifadəsi üzrə xidmətləri təmin edir. Onun fəaliyyəti korporativ müştərilərin cəlb edilməsinə yönəlmişdir. Qoşulma qiyməti müştərinin yerləşdiyi yerdən asılıdır, yəni şəhərin mərkəzində yerləşən şirkətin özündən müştərinin nə qədər uzaq olması nəzərə alınır. Tariflərdə heç bir dəyişiklik edilməmiş, onlar yazda olduğu kimi qalmışdır. Şəbəkəyə qoşulma qiyməti 290 AZN-dən 430 AZN-ə dək təşkil edir. 6 Gb trafik üçün əvvəlcədən ödəniş etdikdə aylıq ödəniş 150 AZN, 10 Gb trafik üçün – 250 AZN təşkil edir. Hər iki paket 2 Mbps-ə dək kanal təqdim edir. Həmçinin 115 AZN-dən başlayan 5 limitsiz tarif mövcuddur. Verilənlərin ötürülmə sürəti 128 Kb-dən 2 Mbps-ə dək təşkil edir.
iBurst
Datacell LLC şirkəti iBurst texnologiyasına əsaslanan elcell xidmətlərini Azərbaycanda təqdim edir. Elcell servisi ArrayComm Amerika şirkəti və mobil rabitə üçün avadanlıq istehsal edən dünya şöhrətli KYOCERA Yaponiya şirkətinin iBurst texnologiyası əsasında işləyir.
Elcell servisi və Hewlett Packard (HP) şirkəti bu yay birgə marketinq kampaniyasına başladı. Bu kampaniya çərçivəsində yeni abunəçilər çox əlverişli qiymətə elcell USB simsiz modemlə birlikdə HP Compaq 6735S noutbukunu əldə edə bilər. Bununla belə müştərilərə hər ay 300 Mb pulsuz trafik nəzərdə tutmaqla sürətli mobil İnternetə 1 il müddətinə qoşulma təqdim olunur. Kampaniya bu kimi xüsusi təklifin 10000 HP noutbuku istifadəçilərinə təqdim olunmasını nəzərdə tutur. Kampaniya ilin sonuna dək davam edəcək. Maraqlı şəxslər bu paketi HP-nin Azərbaycanda rəsmi tərəfdaşı olan Beko-Soliton mağazalar şəbəkəsindən əldə edə bilər.
Hazırda elcell servisi trafikin hesablanmasına əsaslanan 4 tarif paketi və təsbit olunmuş qiymətlə 2 paket təqdim edir.
Simsiz modemin tipindən asılı olaraq mədaxil trafikin sürəti 2122 kbps-ə dək, məxaric trafikin sürəti isə 692 kbps-ə dək təşkil edir. İnformasiya ötürmə sürəti həmçinin siqnal qəbulunun keyfiyyəti və modemin yerləşməsindən asılıdır.
Qoşulmaq üçün simsiz modemləri şirkətin özündə, ödəniş kartlarını isə şəhərin ixtisaslaşdırılmış dükanlarında əldə etmək olar.
Simsiz İnternet xidmətlərinin təqdim olunması üzrə tariflər
1. Wi-Max/AzQtel
Tarif paketləri, trafik həcmini nəzərə almaqla
Kanalın sürəti, kbit/s | Trafik | Aylıq abunə haqqı | Modem qiyməti |
1024/412 | 2 Гб | 15 AZN | 60 AZN |
1024/412 | 5 Гб | 25 AZN | 50 AZN |
Limitsiz İnternet
Kanalın sürəti, kbit/s | Trafik | Aylıq abunə haqqı | Modem qiyməti |
128/128 | limitsiz | 19 AZN | 50 AZN |
256/256 | limitsiz | 29 AZN | 40 AZN |
512/348 | limitsiz | 49 AZN | 30 AZN |
1024/512 | limitsiz | 79 AZN | 0 AZN |
2. Wi-Fi/ Hotnet
Trafik | Günlərin sayı | Qiymət |
30МБ | 3 saat | 2 AZN |
60МБ | 1 gün | 3 AZN |
150МБ | 3 gün | 8 AZN |
300МБ | 7 gün | 15 AZN |
500МБ | 30 gün | 30 AZN |
3. CANOPY/ AzStarNet
Tarif paketləri, trafik həcmini nəzərə almaqla
Paket | Trafik | Yükləmənin artırılması /1 Gb | Aylıq ödəniş |
Standart | 6 Гб | 25 AZN | 150 AZN |
Biznes | 10 Гб | 25 AZN | 250 AZN |
Limitsiz İnternet
Sürət | Trafik | Yükləmənin artırılması /1 Gb | Aylıq ödəniş |
128 kb/s | qeyri-məhdud | - | 115 AZN |
256 kb/s | qeyri-məhdud | - | 225 AZN |
512 kb/s | qeyri-məhdud | - | 435 AZN |
1 Mbps | qeyri-məhdud | - | 855 AZN |
2 Mbps | qeyri-məhdud | - | 1690 AZN |
4. iBurst/Datacell
Tarif paketləri, trafik həcmini nəzərə almaqla
Paketlər | Aylıq abunə haqqı | Aylıq haqqına daxil edilmiş trafik | Limitdən artıq bir meqabaytın qiyməti * |
100M | 10 AZN | 100 MB | 0.04 AZN |
1G | 25 AZN | 1 000 MB | 0.03 AZN |
3G | 35 AZN | 3 000 MB | 0.03 AZN |
25G | 200 AZN | 25 000 MB | 0.02 AZN |
Qiyməti təsbit olunmuş tarif paketləri
Paketlər | Qoşulma sürəti (kbps) | Aylıq abunə haqqı |
350K | 354/346 | 150 AZN |
700K | 708/346 | 290 AZN |
3G/ GPRS/EDGE/CDMA
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) üçüncü nəsil rabitənin (3G) genişləndirilməsi üçün mobil rabitə operatorlarına lisenziya verilməsini proqnozlaşdırır. Bu hadisə sentyabr ayının ikinci yarısında gözlənilir. Lisenziyanın hökumət tərəfindən təyin edilmiş rəsmi qiyməti 11 min manat təşkil edir. Rəhbər təşkilatın verdiyi məlumata görə, lisenziyalar üç operatorun hər birinə veriləcək. Azerfon şirkəti cari ilin sonuna dək 3G standartını tətbiq etməyi planlaşdırır.
Azərbaycanda mobil və stasionar rabitə operatorlarının istifadə etdiyi GPRS / EDGE / CDMA 2.5G standartını təşkil edir.
Azerfon GPRS və MMS xidmətləri aktiv olduqda avtomatik olaraq aktivləşən Mobil Modem (GPRS / EDGE) təklif edir. Bu xidmət NarMobile şəbəkəsi xidmətlərinin yayımlandığı ərazidə fəaliyyət göstərir. Mobil telefondan modem kimi istifadə etmək olar. Sürət saniyədə 60 kb-ə dək təşkil edə bilər. Xidmətə qoşulmaq üçün drayverlər quraşdırmaq lazımdır. Mobil telefonda həmçinin NarGPRS quraşdırılır. Bundan sonra mobil telefon Bluetooth, USB və s. vasitəsilə kompüterə qoşulmalı və DialUp birləşməsi quraşdırılmalıdır. Ödəniş abunəçinin hesabından, GPRS / EDGE tarifi üzrə edilir.
Ən iri mobil rabitə operatoru Azercell GPRS/ EDGE vasitəsilə mobil İnternetə qoşulmaq üçün bir neçə variant təklif edir. Bu, Azercell DataKart və DataCell-dir. Qeyd edək ki, DataKart yaradılarkən, gələcəkdə onun 3G və digər yüksəksürətli İnternet texnologiyalarına uyğunlaşması imkanı nəzərə alınmışdır. Yalnız faktura xətti abunəçilərinin istifadə edə biləcəyi Azercell DataKart paketinə SIM-kart, PCMCIA-kart yaxud USB-kart və (proqram təminatı ilə) CD. Aylıq ödəniş 2 AZN-dən 60 AZN-ə dək təşkil edə bilər. Hər bir halda limiti təyin edilmiş pulsuz trafik təqdim olunur. Limitdən artıq istifadə tarif planı üzrə ödənilir.
DataCell xidmətindən istifadə etdikdə, verilənlərin ötürmə sürəti 2.4, 4.8 və ya 9.6 kb/s təşkil edir. Faktura xəttinin abunəçiləri üçün ödəniş tarif planına uyğun olaraq Azercell şəbəkəsində zənglər üçün ödəniş kimi edilir. SimSim abunəçiləri üçün 1 saniyə 2 kontur təşkil edir. Əlavə nömrənin qoşulması 23,60 AZN təşkil edir.
40 kB EDGE mobil İnternet istifadəsinə görə tariflər Bakcell şirkətinin Cin abunəçiləri üçün 4 kontur, Klass və Gold abunəçiləri üçün isə 1 qəpik təşkil edir.
Catel şirkətinin simsiz stasionar rabitə abunəçiləri üçün mobil İnternet xidmətinə görə aylıq abunə haqqı 10 AZN, aylıq pulsuz trafik isə 100 Mb təşkil edir. Hər ay limit başa çatdıqda əlavə istifadə olunmuş hər Mb üçün 0,08 AZN çıxılır. Yeri gəlmişkən istifadə olunmamış aylıq pulsuz trafik gələn aya keçirilmir.
Catel-in Fonex brendi altında birləşən mobil rabitə abunəçiləri üçün aylıq abunə haqqı yoxdur. İstifadə olunmuş 1 Mb trafikin qiyməti 0,10 AZN təşkil edir. Mobil İnternet xidmətindən istifadə zamanı göndərilmiş və alınmış trafikin həcminə görə ödəniş edilir.
Mobil/simsiz İnternet xidmətlərinin təqdim olunması üzrə tariflər
Rabitə operatoru | trafik | Verilənlərin ötürmə sürəti (kbps) | Qiymət |
Azercell GPRS (faktura xətti) | 1 mb | 45—50 kb/s | 0,60 AZN |
Azercell GPRS (SimSim) | 10 Kb | 45—50 kb/s | 2 kontur |
Azercell EDGE (faktura xətti ) | 1 Mb | 180—200 kb/s | 0,60 AZN |
Azercell EDGE (SimSim) | 10 Kb | 180—200 kb/s | 2 kontur |
DataCELL (faktura xətti) | - | 2,4, 4,8 yaxud 9,6 kb/s | Tarif planına müvafiq olaraq |
DataCELL (SimSim) | - | 2,4, 4,8 yaxud 9,6 kb/s | 2 kontur/s |
Bakcell/ EDGE | 40 kb | Cin - 4 kontur, Klass və Gold -1 qəpik | |
CATEL/ CDMA (simsiz stasionar rabitə abunəçiləri) | 100 mb pulsuz. | 10 AZN, hər əlavə istifadə olunmuş mb-yə görə 0,08 AZN çıxılır | |
CATEL/ CDMA (mobil rabitə abunəçiləri) | 1 mb | 0,10 AZN |
Azercell DataKart (faktura xətti)
Aylıq ödəniş | GPRS/EDGE pulsuz trafik | Əlavə GPRS/EDGE-trafik dəyəri |
2 AZN | 10 MB | 1 MB qiyməti - 0,20 AZN (10 MB-dan artıq olarsa) |
3 AZN | 30 MB | 1 MB qiyməti - 0,10 AZN (30 MB-dan artıq olarsa) |
7 AZN | 100 MB | 1 MB qiyməti - 0,07 AZN (100 MB-dan artıq olarsa) |
20 AZN | 500 MB | 1 MB qiyməti - 0,04 AZN (500 MB-dan artıq olarsa) |
35 AZN | 1000 MB | 1 MB qiyməti - 0,03 AZN (1000 MB-dan artıq olarsa) |
60 AZN | 5000 MB | 1 MB qiyməti - 0,01 AZN (5000 MB-dan artıq olarsa) |
Azerfon GPRS/EDGE
GPRS/EDGE paketləri | Trafik, MB | Qiymət | Yuvarlaqlaşdırma, MB |
GPRS 15 | 15 | 5 AZN | 0.01 |
GPRS 50 | 50 | 10 AZN | 0.01 |
GPRS 200 | 200 | 20 AZN | 0.01 |
GPRS 2000 | 2000 | 50 AZN | 0.01 |
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovadan müstəqil icmal
03 sentyabr 2009-cu il

