endirimler.az


Bakıda müxtəlif İnternet şirkətlərinin ADSL/Unlimited tarifləri üzrə icmal (31.08.2009-cu il)
Bütün dünyada İnternet istifadəçilərinin sayı dayanmadan artır. Bu gün artıq mobil telefonsuz və İnternetsiz həyat təsəvvür etmək mümkün deyil. İş, təhsil, ünsiyyət – bütün bunlar informasiya-kommunikasiya texnologiyalarına əsaslanır. Texnologiyalar təkmilləşdirilir və istifadəçilər onlardan daha çox yararlanır, çünki belə olan halda mal və xidmətlərin qiyməti çoxları üçün münasib olur.
Əgər iki il bundan əvvəl kommutasiya xətləri ilə (dial-up) şəbəkəyə qoşulan istifadəçilərin sayı üstünlük təşkil edirdisə, bu gün ADSL yüksəksürətli rabitə xətləri vasitəsilə qoşulmağa üstünlük verənlər liderliyi tədricən öz əlinə alır. Bu cür qoşulmanın üstünlüyü daha çoxdur:
-Yüksək sürət;
-Azad telefon xətti;
-Daimi qoşulma.
Azərbaycanda İnternet xidmətləri üçün tariflər həmişə dünyada mövcud olan tariflərdən yüksək hesab olunurdu. Tədricən qiymətlər enir. Bu ilin sentyabr ayında həmçinin növbəti 50%-lik endirim gözlənilir. Ümid edirik ki, tez bir zamanda genişzolaqlı İnternet vasitəsinə qiymətlər bütün istifadəçilər üçün münasib olacaq.
Azərbaycan bazarında mövcud olan təxminən 30 ISP şirkətinin 30%-i təqdim etdikləri xidmətlər sırasına ADSL (Asymmetric Digital Subscribe Line – Assimetrik Rəqəmli Abunə Xətti) texnologiyasından istifadəetməni daxil etmişdir.
Seçilmiş tarif planından asılı olaraq yüksəksürətli ADSL vasitəsinə abunəçi xərcləri 64Kbit/s üçün 15 AZN-dən 24000Kbit/s üçün 2708 AZN-ə dək təşkil edir.
UniNet-dən Unlimited (limitsiz istifadə) tarif planlarının müxtəlifliyi çox heyrətləndirir. Bu, həm NEO tarif planları, həm Stream abunəçiləri üçün Freedom tarif planlarıdır ki, bunların sırasından hər kəs öz tələbatından və maliyyə imkanlarından çıxış edərək özünə daha münasib olanını seçə bilər. Qiymətlər EkonomNEO və Minimal tarif planları üçün ayda 27 AZN-dən başlanır. Onların hər birində müvafiq olaraq 8 və 14 paket mövcuddur. Ən bahalısı qiyməti ayda 2600 AZN olan MeqaLyuks Freedom 7680 Kbit/s tarif planıdır.
SUPERONLINE şirkəti ilk dəfə qoşulanlara bir ay ərzində pulsuz istifadə, iki və daha çox ay ödənilərsə ikiqat sürət təklif edir. 4 paket mövcuddur: Bronze, Silver, Gold və Platinum. Ev istifadəçiləri və kiçik firmalar üçün Bronze tarifi tövsiyə olunur. Silver tarifi şəbəkəsi 6-10 kompüterdən və İnternetdən intensiv yararlanan ev istifadəçilərindən ibarət olan orta təşkilatlar üçün nəzərdə tutulur. 10-dan çox kompüteri olan iri şirkətlər Gold tarifini seçsələr daha yaxşı olar. Qiyməti ən yüksək olan Platinum tarifi daimi sürət təmin edir, İnternet-klub və kafelər üçün optimal variantdır.
SUPERONLINE 24000 Kbit/s kanalının ən yüksək keçirmə sürətinə malikdir. Nəzərə almaq lazımdır ki, Super Speed (İkiqat sürət) kampaniyasından yalnız özünüz üçün istifadə edə bilərsiniz. Bu kampaniya üçüncü şəxslərin İnternetdən istifadə etməsini təmin edən fiziki və ya hüquqi şəxslər sayılan abunəçilərə (İnternet-klublar, ev şəbəkələri və s.) şamil edilmir.
ADANET şirkətinin təklif etdiyi əsas fərq ondan ibarətdir ki, bu şirkət gecə saatlarında, yəni 02.00-dan 09.00-a dək İnternetdən istifadə edənlərin hesabına bonuslar əlavə edir. 3 Mb-dan 4 Mb-a dək bonuslar kanalın keçirmə sürətindən asılı olaraq hesablanır. Abunə haqqı 30 AZN-dən 360 AZN-ə dək təşkil edir.
Azeronline müştəriləri ADSL balansını ödəmək üçün iki variantdan birini seçə bilərlər: Siz Azercell abunəçisisinizsə - SMS göndərməklə yaxud bankomat vasitəsilə.
Balansı SMS vasitəsilə 5 AZN məbləğində yüklədikdə 91705 nömrəsinə SMS göndərmək lazımdır. SMS üçün balansınızdan 1500 kontur çıxılacaq ki, bu da yüklənilən balans məbləğinə, yəni 5 AZN-ə bərabərdir. Əgər balans 10 AZN məbləğində yükləmək istəyirsinizsə 91710 nömrəsinə SMS göndərin.
Bankomat vasitəsilə ödəniş edərkən “Xidmətlərin ödənilməsi” bölməsində AZERONLINE ADSL seçib istifadə etdiyiniz nömrəni və lazımi məbləği daxil etməli, daha sonra təsdiq etməlisiniz. 10 dəqiqədən sonra ödənilmiş məbləğ Sizin ADSL balansınıza köçürüləcək.
AzEuroTel şirkəti Unlimited üçün 3 paket təklif edir. Bu, AET Freestyle 512, AET Freestyle 1024 və AET Freestyle 1536 paketləridir. Aylıq abunə haqqı müvafiq olaraq 40, 75 və 110 AZN təşkil edir.
CONNEKT şirkətinin tarif planı çox sadədir. 30, 60 və 250 AZN-ə üç qoşulma sürəti - 512/512, 1024/1024 və 2048/2048. Birinci və ikinci halda qoşulma haqqı 15 AZN təşkil edir, üçüncüsündə isə qoşulma pulsuzdur.
İntrans şirkətindən limitsiz istifadə üçün 256/256 paketini əldə etsəniz, qoşulma sürəti 4 dəfə artacaq, yəni 256/1024 təşkil edəcəkdir. Bu paketin aylıq ödənişi 51.92 AZN, 512/512 paketi - 94.40 AZN, 1024/1024 - 165.20 AZN və 1024/1536 - 283.2 AZN təşkil edir. Quraşdırma qiyməti 17.70 AZN təşkil edir.
ULTEL şirkətindən gecə ADSL yalnız gecə saatlarında (22.00-dan 09.00-a dək) və bazar günləri daxil olmaq üçün nəzərdə tutulmuşdur. Tarif planı 15 AZN-dən başlanır. Yalnız 490/496, 465, 436, 424, 493/498/598, 561/562/563, 566/567 və 514 saylı ATS istifadəçiləri şirkətin abunəçiləri ola bilər. ADSL üçün istifadəçi avadanlığı dəstini firmanın özündən 53 AZN ödəyib əldə etmək olar. Avirtel şirkəti isə sürətindən asılı olmayaraq pulsuz modem təqdim edir. Abunə haqqı 30 AZN-dən başlanır.
AztelecomNet və BakinterNet – dövlət İnternet provayderləridir. Bakıdan kənarda İnternet xidmətlərinin təqdim edilməsində AztelecomNet şirkəti lider olaraq qalır. Bu onunla izah olunur ki, paytaxtdan kənarda müntəzəm İnternet istifadəçiləri bazarı hələ ki genişlənməkdədir. Hər iki şirkətin ADSL tarifləri tamamilə eynidir. 39 AZN-dən 2800 AZN-ə dəkdir.
11 İnternet şirkətinin ADSL/UNLIMITED üçün tarifləri
AVIRTEL
Sürət(Up/ Down) | Abunə haqqı(AZN) | Qoşulma(AZN) | Modem(AZN) |
128/128 | 39,00 | 10,00 | razılaşma yolu ilə |
128/ 256 | 45,00 | 10,00 | razılaşma yolu ilə |
256/ 256 | 49,00 | 10,00 | razılaşma yolu ilə |
384/384 | 59,00 | 10,00 | razılaşma yolu ilə |
512/512 | 79,00 | 10,00 | razılaşma yolu ilə |
768/768 | 89,00 | 10,00 | razılaşma yolu ilə |
1536/768 | 119,00 | 5,00 | pulsuz |
1024/1024 | 159,00 | 5,00 | pulsuz |
1536/1024 | 179,00 | 5,00 | pulsuz |
2048/2048 | 429,00 | 0,00 | pulsuz |
ADANET
Sürət (kbit/s) | Aylıq ödəniş (AZN) |
256/256 bonus 02:00-dan 09:00 dək - 3 Mb | 30.00 |
512/512 bonus 02:00-dan 09:00 dək - 2 Mb | 30.00 |
512/512 bonus 02:00-dan 09:00 dək - 3 Mb | 35.00 |
512/512 bonus 02:00-dan 09:00 dək - 4 Mb | 40.00 |
768/768 bonus 02:00-dan 09:00 dək - 2 Mb | 40.00 |
768/768 bonus 02:00-dan 09:00 dək - 3 Mb | 45.00 |
768/768 bonus 02:00-dan 09:00 dək - 4 Mb | 50.00 |
1024/1024 bonus 02:00-dan 09:00 dək - 2 Mb | 60.00 |
1024/1024 bonus с 02:00 до 09:00 - 3 Mb | 80.00 |
1532/1024 | 160.00 |
2048/1024 | 240.00 |
3072/1024 | 360.00 |
SUPERONLINE
Таблица тарифных планов SuperADSL
SPEED (AZN) | DOUBLE SPEED (AZN) | BRONZE (AZN) | SILVER (AZN) | GOLD (AZN) | PLATINUM (AZN) |
256 Kbit/s | 512 Kbit/s | 27 | 36 | 54 | 108 |
512 Kbit/s | 1024 Kbit/s | 38 | 51 | 76 | 152 |
1024 Kbit/s | 2048 Kbit/s | 55 | 73 | 110 | 220 |
1500 Kbit/s | 3000 Kbit/s | 86 | 115 | 172 | 344 |
2000 Kbit/s | 4000 Kbit/s | 110 | 146 | 220 | 440 |
3000 Kbit/s | 6000 Kbit/s | 170 | 227 | 340 | 680 |
6000 Kbit/s | 12000 Kbit/s | 339 | 452 | 678 | 1356 |
12000 Kbit/s | 24000 Kbit/s | 677 | 903 | 1354 | 2708 |
Xostların sayı*** | 1-5 | 6-10 | 11-20 | >20 |
AZERONLINE
Sürət, kbit/s | Aylıq ödəniş (AZN) | instalyasiya (AZN) | modem |
256/256 | 20 | pulsuz | |
512/512 | 30 | pulsuz | |
1024/1024 | 60 | pulsuz | |
2048/1024 | 160 | pulsuz | Azeronline |
AZTELECOM
Kanalın sürəti (giriş/çıxış), kbit/s | Əvvəlcə ödənilmiş trafik | Qoşulma haqqı, AZN | Aylıq abunə haqqı, AZN |
256 | Qeyri-məhdud | 5 | 39 |
512 | Qeyri-məhdud | 5 | 70 |
1024 | Qeyri-məhdud | 5 | 130 |
2048 | Qeyri-məhdud | 5 | 320 |
3072 | Qeyri-məhdud | 5 | 650 |
4096 | Qeyri-məhdud | 5 | 1300 |
5120 | Qeyri-məhdud | 5 | 2000 |
6144 | Qeyri-məhdud | 5 | 2800 |
BakinterNet
Kanalın sürəti (giriş/çıxış), kbit/s | Qoşulma qiyməti, AZN | Aylıq abunə haqqı, AZN |
256 | 5,00 | 39,00 |
512 | 5,00 | 70,00 |
1024 | 5,00 | 130,00 |
2048 | 5,00 | 320,00 |
3072 | 5,00 | 650,00 |
4096 | 5,00 | 1.300,00 |
5120 | 5,00 | 2.000,00 |
6144 | 5,00 | 2.800,00 |
CONNECT
Tarif planı | Qoşulma sürəti | Qoşulma qiyməti | Aylıq abunə haqqı |
512/512 | 512/512 | 15 AZN | 30 AZN |
1024/1024 | 1024/1024 | 15 AZN | 60 AZN |
2048/2048 | 2048/2048 | 0 AZN | 250 AZN |
UniNet
Freedom Limitsiz tarif planları
Tarif planı | Verilənlərin ötürmə sürəti, kb/s(down) | Quraşdırma,(AZN) | Aylıq abunə haqqı (AZN) | Trafik |
Minimal | 384 | 15 | 27,00 | qeyri-məhdud |
Aktiv | 512 | 15 | 30,00 | qeyri-məhdud |
Ekonom | 768 | 15 | 40,00 | qeyri-məhdud |
Ekstra Freedom | 1024 | 15 | 55,00 | qeyri-məhdud |
Layt Freedom | 1280 | 15 | 70 | qeyri-məhdud |
Tvin | 1536 | pulsuz | 105 | qeyri-məhdud |
Standart Freedom | 1792 | pulsuz | 130 | qeyri-məhdud |
Tornado | 2048 | pulsuz | 170 | qeyri-məhdud |
Medium Freedom | 2560 | pulsuz | 220 | qeyri-məhdud |
Profi Freedom | 3072 | pulsuz | 320 | qeyri-məhdud |
Turbo Freedom | 4096 | pulsuz | 680 | qeyri-məhdud |
Optima Freedom | 5120 | pulsuz | 1200 | qeyri-məhdud |
Optima Freedom | 6144 | pulsuz | 1800 | qeyri-məhdud |
MeqaLyuks Freedom | 7680 | pulsuz | 2600 | qeyri-məhdud |
AzEuroTel
Paketin adı | Sürət, Kb/s (down/up) | Aylıq abunə haqqı (AZN) |
AET Freestyle 1024 | 1024 / 512 | 75,00 |
AET Freestyle 1536 | 1536 / 512 | 110, 00 |
ULTEL
Keçirmə qabiliyyəti, aşağıdakı göstəricilərə dək (kb/s) | Ötürmə qabiliyyəti kampaniya ərzində, aşağıdakı göstəricilərə dək (kb/s) | Quraşdırma üçün ödəniş, ƏDV daxil olmaqla, AZN | МAylıq ödəniş, ƏDV daxil olmaqla,AZN | Gecə ADSL, ƏDV daxil olmaqla, AZN | IP, pulsuz |
64/64 | 96/96 | - | 15 | - | 1 |
64/64 | 192/192 | - | 25 | 15 | 1 |
256/128 | 384/192 | - | 30 | 18 | 1 |
256/25 | 384/384 | - | 40 | 20 | 1 |
512/512 | 768/768 | - | 80 | 40 | 1 |
1024/1024 | 1536/1024 | - | 160 | 80 | 1 |
2048/1024 | 3072/1024 | - | 350 | 180 | 8 |
4096/1024 | 6144/1024 | - | 800 | 400 | 8 |
INTRANS
Sürət | Aylıq ödəniş, ƏDV daxil olmadan, AZN | Aylıq ödəniş, ƏDV daxil olmaqla, AZN |
256/256 | 44.00 | 51.92 |
512/512 | 80.00 | 94.40 |
1024/1024 | 140.00 | 165.20 |
1024/1536 | 240.00 | 283.2 |

