endirimler.az

endirim_left

Bakcell-dən Cin abunəçiləri üçün ən son təkliflərin 24.08.2009-cu il tarixli icmalı

Telekommunikasiyalar mövzusuna qayıdaraq mobil və stasionar rabitə şirkətlərinin tarif və xidmətlərində bugünkü dəyişikliklərin xülasəsini təqdim edirik. Sizə yeniliklər və əksəriyyəti bitmək üzrə olan aksiya və kampaniyalar haqqında bəhs etmək istəyirik.

Artıq başa çatmaqda olan kampaniyalara aşağıdakı ikisi aiddir: “Cin Hədiyyə” və “Cin + Nokia =15000 pulsuz kontur”. Onların keçirilmə müddəti 31 avqust tarixinə dək davam edəcək.

“Cin Hədiyyə” kampaniyası çərçivəsində Cin nömrə əldə etmiş bütün yeni abunəçilərə hədiyyələr təqdim edilir: pulsuz 1000 kontur, 20 şəbəkədaxili SMS, həmçinin “gizli nömrə” xidməti.

Yeni Nokia 1661 yaxud Nokia 2600 telefonu, həmçinin yeni Cin nömrəsi əldə etməklə balansınıza pulsuz 15000 kontur yükləmək imkanı əldə etmiş olarsınız. Siz lazımi kontur miqdarını alış etdiyiniz gündən etibarən 3 ay ərzində toplayacaqsınız.

“Yay gecələri” kampaniyası cari ilin sentyabr ayının 15-nə dək davam edəcək. Həmin kampaniya, avtomatik olaraq, bütün CİN və KLASS abunəçiləri üçün keçirilir. Şəbəkədaxili zənglər gecə 00.00-dan səhər 08.00-a dək səkkiz dəfə ucuzdur. Bu kampaniya çərçivəsində CİN abunəçiləri 1 dəqiqə/5 kontur tarifi üzrə, KLASS abunəçiləri isə 1 dəqiqə/1qəpik tarifi üzrə danışa bilər. “Yay gecələri” kampaniyası çərçivəsindəki endirimlər “Sevimli nömrə”lərə edilən zənglərə, rouminq zənglərinə, həmçinin Bakcell şəbəkəsi xaricinə edilən zənglərə aid deyil.

Son yeniliklərdən biri olan “Mənə zəng etmişdin” xidməti şirkət abunəçiləri arasında böyük populyarlıq qazanmışdır. Bu xidmət telefonunuz söndürülən yaxud şəbəkə əhatəsi xaricində olan zaman Sizə kimin zəng etdiyini öyrənməyə imkan verir. Siz qəbul olunmamış 20 zəngi əks etdirən siyahı əldə edirsiniz.

Cin abunəçiləri üçün tarif paketi dəyişilməz qaldı.

Cin Kart abunəçiləri üçün sketç-kartların qiymət və balansları əvvəlki tək qalır, yəni nominalı 1 AZN olan sketç-kart 300, 2 AZN – 700, 6 AZN – 2400, 10 AZN – 5000 və 20 AZN – 11250 kontur təşkil edir. Ancaq onlara şirkətin bonusları əlavə olunmuşdur.

Qiymət, AZN
Kontur
+ kampaniya bonusları
Cəmi
(Kontur yükləndiyi gündən etibarən) aşağıdakı müddətdə qüvvədədir
1,00
300
+ 100
400
10 gün
2,00
700
+ 150
850
30 gün
6,00
2400
+ 200
2.600
150 gün
10,00
5000
+ 200
5.200
150 gün
20,00
11250
+ 200
11.450
150 gün

Maraqlıdır ki, hər hansı Cin kontur kartı hesabına balansınızı yüklədiyiniz gün ərzində Siz istənilən Bakcell abunəçisinə cəmi yarıqiymətinə zəng edə bilərsiniz.

Məqalədə yuxarıda göstərilən operatorların rəsmi mənbələrində verilmiş məlumatlardan istifadə olunmuşdur.
Müstəqil icmal xüsusilə www.endirimler.az üçün Zarema Hüseynova tərəfindən hazırlanmışdır.
24 avqust 2009-cu il