endirimler.az

endirim_left

Azercell Telekom-dan SimSim abunəçiləri üçün ən son təkliflərin 24.08.2009-cu il tarixli icmalı

Telekommunikasiyalar mövzusuna qayıdaraq mobil və stasionar rabitə şirkətlərinin tarif və xidmətlərində bugünkü dəyişikliklərin xülasəsini təqdim edirik. Sizə yeniliklər və əksəriyyəti bitmək üzrə olan aksiya və kampaniyalar haqqında bəhs etmək istəyirik

SimSim abunəçiləri üçün “Maksimum gənc” proqramının ən son yay aksiyalarından biri bitmək üzrədir. Onun müddəti 31 avqust tarixində bitir. Proqram istifadəçiləri Mərdəkanda, “Water Boom” akvaparkının çimərliyində gözəl bir gün keçirmək imkanına malikdir. İş günləri: saat 10.00-dan 20.00-dək, 1 giriş bileti alana 2-ci bilet pulsuz verilir.

MacDonalds proqramı 15 sentyabr tarixinə dək, ABC və GRAND-dan CD&DVD proqramı 30 sentyabr tarixinə dək, Xüsusi kinoseans isə cari ilin sonuna dək davam edəcək

BizdənBizə abunəçiləri üçün tarif paketi dəyişilməmişdir. Ancaq Super BizdənBizə tarifinə qoşulsanız SimSim abunəçiləri üçün 4 saniyə 1 kontur, digər yerli operatorlara zənglər zamanı 1 saniyə 2 kontur təşkil edəcək. Digər istiqamətlərdə edilən zənglər və əlavə xidmətlər SimSim abunəçiləri üçün “BizdənBizə” tarif paketi xidmətlərinin qiyməti üzrə tarifləşdirlir. (Bu haqda biz öncə yazmışıq).

SimSim abunəçiləri üçün beynəlxalq zənglərə və xidmətlərə olan tariflər əvvəlki kimi qalmış, SimSim-kartlarda kontur miqdarı artmışdır. Nominalı 1 AZN olan sketç-kartın balansı artıq 320 deyil, 400 kontur, nominalı 10 AZN olan kartın balansı 6000 kontur təşkil edir ki, bu da əvvəlki göstəricidən 3500 kontur artıqdır. Təklif olunan hər bir sketç-kartın konturları üçün gündüz və gecə saatlarında eyni istifadə vaxtı nəzərdə tutulmuşdur.

Qiymət, AZN
Konturların ümumi miqdarı (əsas+gecə)
Əsas konturların miqdarı
Gecə konturlarının miqdarı
GəncSim və BizdənBizə abunəçiləri üçün istifadə günlərinin müddəti
Açıq Xətt abunəçiləri üçün istifadə günlərinin müddəti
1,00
400
200
200
7
14
2,00
900
450
450
30
60
5,00
2600
1300
1300
60
120
10,00
6000
3000
3000
90
180
20,00
14000
7000
7000
180
360
40,00
29000
14500
14500
360
720

Əsas konturlar istənilən vaxt istənilən xidmət üçün, gecə konturları isə 02.00-dan 08.00-dək gecə saatlarında yalnız Azercell şəbəkədaxili zənglər üçün istifadə oluna bilər (qısa nömrələrə edilən zənglər və digər xidmətlər nəzərə alınmır). Nəzərinizə çatdırmalıyıq ki, gecə konturları yalnız 31.12.2009-cu il tarixinə dək əldə edilmiş danışıq kartları vasitəsilə yüklənir. Bu müddət ərzində istifadə olunmamış konturlar balansdan silinəcəkdir.

Məqalədə yuxarıda göstərilən operatorların rəsmi mənbələrində verilmiş məlumatlardan istifadə olunmuşdur.
Müstəqil icmal xüsusilə www.endirimler.az üçün Zarema Hüseynova tərəfindən hazırlanmışdır.
24 avqust 2009-cu il