endirimler.az

Mobil rabitə operatorlarından ən son xəbərlərin icmalı (17.02.2010)
Hər yeni ilin əvvəli hadisələrlə zəngin olur. Bu vaxt, adətən, yeni il aksiyaları başa çatır və alıcılar şirkətlərin yeni tarifləri ilə tanış olur. Mal və xidmətlərin qiyməti nadir hallarda Yeni il qabağı olduğu kimi qalır. Adətən, biz onların ya enməsini, ya da ki yüksəlməsini müşahidə edirik. Biz 2010-cu ilin əvvəlində mobil rabitə operatorlarının nə kimi qiymətlər təklif etdiyi barədə maraqlandıq. Araşdırmalarımızı sizinlə də bölüşürük.
AZERCELL
Sketç-kartların tarifləri
SimSim-kartlardakı konturlara gəldikdə isə, qeyd etmək lazımdır ki, əvvəlki göstəricilərlə maqayisədə onların sayı xeyli azalmışdır. İndi nominalı 1 manat olan sketç-kartın balansında yalnız 200 kontur olur ki, bu da əvvəlkindən iki dəfə azdır. Xatırladırıq ki, öncəki kampaniyadan əvvəl bu nominalda olan sketç-kartın balansında 320 kontur olurdu. Hazırda SimSim-kartların qiymətləri və balansları aşağıda göstərildiyi kimidir:
Qiymət, AZN | Konturların sayı | GəncSim və Bizdən Bizə abunəçiləri üçün istifadə müddəti | Açıq Xətt abunəçiləri üçün istifadə müddəti |
| 1,00 | 200 | 7 | 14 |
| 2,00 | 450 | 30 | 60 |
| 5,00 | 1300 | 60 | 120 |
| 10,00 | 3000 | 90 | 180 |
| 20,00 | 7000 | 180 | 360 |
| 40,00 | 14500 | 360 | 720 |
Zənglər üçün tariflər
Ümumilikdə, şirkətin tarif planı dəyişilməmişdir. Şəbəkədaxili zənglər, digər operatorların zəngləri və beynəlxalq zənglər üzrə qiymətlər hələ ki əvvəlki kimi qalır. Yəni BizdənBizə tarifinin abunəçiləri üçün Azercell şəbəkəsi daxilində zənglər pik saatlarında 1 kontur / 2 saniyə, gecə saatlarında isə 1 kontur / 3 saniyə təşkil edir. Digər yerli operatorların abunəçilərinə zənglər istənilən saatda 1 kontur / 1 saniyə təşkil edir. Bütün SimSim abunəçiləri üçün İran, Türkiyə, Avropa və Amerika ölkələri istiqamətində beynəlxalq zənglər pik saatlarında 1 saniyə / 3 kontur, gecə saatlarında isə 1 saniyə / 2 kontur təşkil edir. MDB və Baltikyanı ölkələrə zənglər pik saatlarında 1 saniyə / 2 kontur, gecə saatlarında isə 1 saniyə / 1,5 kontur təşkil edir.Super BizdənBizə tarif paketində bəzi dəyişikliklər edilmişdir. Тарифы для абонентов Super BizdənBizə abunəçiləri üçün tariflər: şəbəkədaxili danışığın 3 saniyəsi (əvvəlki 4 saniyəyə qarşı) 1 kontur təşkil edir. Digər yerli operatorlara zənglər 2 saniyə / 3 kontur (əvvəl isə 1 saniyə 2 kontur idi) təşkil edir.
BAKCELL şirkəti
Sketç-kartların tarifləri
CinKart abunəçiləri üçün sketç-kartların qiymət və balansları əvvəlki kimi qalır, yəni 1 AZN nominalında olan sketç-kart 300, 2 AZN – 700, 6 AZN- 2,400, 10 AZN - 5,000 və 20 AZN- 11,250 kontur təşkil edir. Hər bir sketç-kart üzrə bonusların sayı artmağa doğru dəyişmişdir, yəni sketç-kartın nominalı nə qədər çoxdursa, onun üzərinə o qədər çox bonus hesablanır. Əgər əvvəl ən yüksək bonus 200 kontur təşkil edirdisə, indi bu rəqəm 750-yə dək artırılmışdır.
Qiymət, AZN | Kontur | + kampaniya bonusları | Cəmi | Konturların yukləndiyi gündən etibarən istifadə müddəti |
| 1,00 | 300 | + 150 | 450 | 10 дней |
| 2,00 | 700 | + 250 | 950 | 30 дней |
| 6,00 | 2400 | + 500 | 2900 | 150 дней |
| 10,00 | 5000 | + 500 | 5500 | 150 дней |
| 20,00 | 11250 | + 750 | 12000 | 150 дней |
Tarif planı
1 fevral 2010-cu il tarixindən sonra Cin-nömrə almış abunəçilər üçün ilkin tarifikasiya intervalı qaydası tətbiq edilir. Zəngin ilkin tarifikasiya dövrü ən azı 15 saniyə təşkil edir (daha ətraflı aşağıdakı cədvəldə izləyin). Minimal interval bitdikdə zəngin tarifi hər saniyə üzrə təyin edilir.
Zaman (saniyə) | Dəyər (kontur) | Zəngin minimal tarifikasiya intervalı (saniyə) | Minimal tarifikasiya intervalının dəyəri (kontur) | |
| “Sevimli Nömrə”lərə | 4 | 1 | 16 | 4 |
| “Mənim Ərazim” endirimilə (pik saatlarında) | 2 | 1 | 16 | 8 |
| “Mənim Ərazim” endirimilə (qeyri-pik saatlarında) | 3 | 1 | 60 | 5 |
| Bakcell nömrələrinə (pik saatlarında) | 3 | 2 | 15 | 10 |
| Bakcell nömrələrinə (qeyri-pik saatlarında) | 12 | 1 | 60 | 5 |
| Şəhər xəttinin istənilən nömrəsinə | 1 | 1 | 15 | 15 |
| Digər mobil rabitə operatorlarının nömrələrinə | 1 | 1 | 15 | 15 |
| Beynəlxalq nömrələrə (zona 1) – MDB ölkələri (pik saatlarında) | 1 | 3 | 15 | 45 |
| Beynəlxalq nömrələrə (zona 1) – MDB ölkələri (qeyri-pik saatlarında) | 1 | 2 | 15 | 30 |
| Beynəlxalq nömrələrə (zona 2) – Türkiyə və İran (pik saatlarında) | 1 | 4 | 15 | 60 |
| Beynəlxalq nömrələrə (zona 2) – Türkiyə və İran (qeyri-pik saatlarında) | 1 | 3 | 15 | 45 |
| Beynəlxalq nömrələrə (zona 3) – Avropa, Amerika və digər ölkələr (pik saatlarında) | 1 | 5 | 15 | 75 |
| Beynəlxalq nömrələrə (zona 3) – Avropa, Amerika və digər ölkələr (qeyri-pik saatlarında) | 1 | 4 | 15 | 60 |
| Səsli poçta | 1 | 1 | 15 | 15 |
| SMS (o cümlədən, “Sevimli nömrə”yə) | 12 | 12 | ||
| Balansın yoxlanılması | 2 | 2 | ||
| Məlumat mərkəzinə | 10 | 10 |
YeniliklərBakcell şirkəti ilin əvvəlindən öz abunəçiləri üçün iki yenilik tətbiq etmişdir. Bu, konturların kreditlə təqdim edilməsi və hesabın onlayn ödənilməsi xidmətləridir.
Birinci xidmət növü, hətta balans tamamilə boş olduqda belə, zəng etməyə, SMS göndərməyə və internetdən istifadə etməyə imkan verir.
Bu xidmətdən öz hesabına, bonus konturları daxil olmaqla, ən azı 5000 kontur yükləmiş abunəçilər istifadə edə bilər. Kreditlə verilən konturların sayı 300, xidmətə görə ödəniş isə 60 kontur təşkil edir.
“Onlayn rejimində hesabın ödənilməsi” xidməti şirkətin rəsmi saytı vasitəsilə hesabların ödənilməsi və balansın yuklənilməsi üçün nəzərdə tutulur. Mobil xidmətlərini “Visa/Visa Eleсtron” və “Mastercard/Maestro” ödəniş kartlarından birinə malik olan Bakcell abunəçiləri ödəyə bilər.
NAR mobile
Bu gün bu operatorun tariflərində hələ ki əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Mövcud olan 8 tarif paketinin qiymətləri ötən ildə olduğu kimi qalır.
CATEL
Stasionar rabitə
Tariflər əvvəlki kimi qalır. Xatırladırıq ki, stasionar şəbəkə abunəçiləri üçün 4 paket mövcuddur: Optimal – 300, Optimal – 900, Universal və "Universal - 10". Hər birində ilkin minimal ödəniş 5 AZN, qoşulma haqqı isə 10 AZN təşkil edir.Bu paketlərin tarifləri öncə təsvir olunmuşdur.
Tarif planları
Şirkətin hazırda mövcud olan tarif planları aşağıda göstərilmişdir:
Tarif planları | Qoşulma | İlkin minimal ödəniş | Ayda abunə ödənişi | Pulsuz efir vaxtı | «FONEX» daxilində zəngin dəqiqəsi | Digər şəbəkələrə zəngin dəqiqəsi | Şəbəkədaxili SMS |
| Birinci | 10 AZN | - | 0 AZN | 0 минут | 0,01 AZN | 0,11 AZN | 0,01 AZN |
| Bərabər.az | 10 AZN | – | 0 AZN | 0 минут | 0,10 AZN | 0,10 AZN | 0,03 AZN |
| Active plus | 10 AZN | 5 AZN | 6 AZN | 0 минут | 0,01 AZN | 0,09 AZN | 0,03 AZN |
| Exclusive | 10 AZN | 5 AZN | 21 AZN | 300 минут | 0.01 AZN | 0.07 AZN | 0.03 AZN |
| Corporate light | 10 AZN | 5 AZN | 0 AZN | 0 минут | 0,01 AZN | 0,09 AZN | 0,03 AZN |
SMS
Təqdim olunan xidmətlərə dair son dəyişikliklər şirkət tərəfindən ötən ilin axırında həyata keçirilmişdir. 2009-cu ilin oktyabr və dekabr aylarında şirkət SMS-lərin göndərilməsi ilə bağlı iki yenilik tətbiq etmişdir. Onlardan birincisi Respublikada mobil rabitə üzrə bütün GSM-operatorları ilə (Azercell, Bakcell və NarMobile) SMS mübadiləsi üçün pullu xidmət olmuşdur. CATEL/FONEX abunəçiləri üçün bir qısa SMS-in qiyməti 0,05 AZN (ƏDV daxil olmaqla) təyin edilmişdir. İkinci yenilik şirkətin saytından gün ərzində 10 pulsuz SMS göndərmək imkanı ilə bağlıdır. Bu xidmət CDMA standartı üzrə həm mobil rabitə, həm də stasionar rabitə abunəçiləri üçün nəzərdə tutulur.
Məqalədə yuxarıda göstərilən operatorların rəsmi mənbələrində verilən məlumatlardan istifadə olunmuşdur.
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
17.02.2010
