endirimler.az


Nar Mobile-dan mobil rabitə abunəçiləri üçün ən son təkliflərin 24.08.2009-cu il tarixli icmalı
Telekommunikasiyalar mövzusuna qayıdaraq mobil və stasionar rabitə şirkətlərinin tarif və xidmətlərində bugünkü dəyişikliklərin xülasəsini təqdim edirik. Sizə yeniliklər və əksəriyyəti bitmək üzrə olan aksiya və kampaniyalar haqqında bəhs etmək istəyirik
2009-cu ilin iyul ayından etibarən Nar Mobile abunəçiləri üçün Bonuslar Mövsümü başlanır.
Şirkətin çoxdankı abunəçilərinin bəxti gətirdi. Staj nə qədər çox olsa balansınıza bir o qədər çox bonus, yəni ölkədaxili bütün istiqamətlərdə danışıqlar üçün 1200 dək pulsuz dəqiqələr əlavə ediləcək. Balansına istənilən nominalda Nar kart yükləməklə abunəçilər Nar Mobile şəbəkəsinə qoşulduğu tarixdən asılı olaraq üç dəfə artıq bonus ala bilər.
Bu kampaniyada iştirak etmək üçün “Narım” sözünü SMS-lə 737 nömrəsinə göndərmək yaxud telefonunuzda *737# yığmaq lazımdır.
Bu kodu yığdıqdan sonra abunəçi hər dəfə balansı yüklədikdə bonus əldə edəcək. Bonusların miqdarı abunəçinin Nar Mobile şəbəkəsinə qoşulduğu tarixdən asılıdır.
Nar kartla ödənilmiş məbləğ | Bonus dəqiqələri 1 ilə dək | Bonus dəqiqələri ikiqat miqdarda 1 ildən 2 ilə dək | Bonus dəqiqələri üçqat miqdarda 2 il və daha çox |
2,00 | 5 dəqiqə | 10 dəqiqə | 15 dəqiqə |
5,00 | 25 dəqiqə | 50 dəqiqə | 75 dəqiqə |
10,00 | 70 dəqiqə | 140 dəqiqə | 210 dəqiqə |
20,00 | 150 dəqiqə | 300 dəqiqə | 450 dəqiqə |
50,00 və daha çox | 400 dəqiqə | 800 dəqiqə | 1200 dəqiqə |
Bu kampaniyanın keçirilmə müddəti cari ilin avqust ayının 31-nə dək davam edəcək.
Əvvəl təklif olunmuş 7 tarif paketi dəyişilməz qalır. Onlardan daha cəlb edən “Söhbətçil” paketidir.
Məqalədə yuxarıda göstərilən operatorların rəsmi mənbələrində verilmiş məlumatlardan istifadə olunmuşdur.
Müstəqil icmal xüsusilə www.endirimler.az üçün Zarema Hüseynova tərəfindən hazırlanmışdır.
24 avqust 2009-cu il
