X
Redaksiyanın seçimi

ISIC - tələbələr üçün beynəlxalq güzəşt və bonuslar kartıdır

Məlumat əlavə edilib: 01.06.2011

ISIC 1968-ci ildə YUNESKO-nun himayəsi altında Beynəlxalq Tələbə Səyyahlar Konfederasiyası tərəfindən təsis edilmişdi. Hazırda dünyanın 119 ölkəsində fəaliyyət göstərir.
ISIC kartı ilə Siz aşağıdakıları edə bilərsiniz:
Ölkənin daxilində və onun hüdudlarından kənarda güzəştlərdən istifadə etmək
Tələbənin statusunu dünyanın 119 ölkəsində təsdiq etmək
Aviabiletlər üzrə güzəşt əldə etmək və səyahət etmək
Adi tariflərdən 80 faizi aşağı tariflər üzrə ISIConnect beynəlxalq telefon rabitəsinin xidmətlərindən istifadə etmək

ISIC vəsiqəsinin sahibi əyani təhsil alan və yaşı 12-dən yuxarı olan (yuxarı sinif şagirdləri, tələbələr, aspirantlar və s.) hər kəs ola bilər.
ISIC kartını rəsmiləşdirmək üçün aşağıdakıları təqdim etmək lazımdır:
Tələbə bileti
Şəxsiyyət vəsiqəsi
3/4 ölçüdə 2 rəngli fotoşəkil
9 AZN

ISIC kartının etibarlılıq müddəti:
Rəsmiləşdirmə anından növbəti ilin 1-ci semestrinin sonunadək.

Baxışların sayı2310
Reytinq0/ 0

Şirkətin son elanları

    Kateqoriyanın digər elanları

    • Mybrands-dən endirim kartları

      Mybrands-dən endirim kartları

      Hörmətli turistlər!
      Sizi Baku Shopping Tour endir
      Baxışların sayı1361
      Reytinq0/ 0
    ISIC - tələbələr üçün beynəlxalq güzəşt və bonuslar kartıdır

    İSİC

    Əlaqə

    Ünvan:

    Nizami küç., 91/1
    Telefonlar:
    (012) 498-08-80

    Veb-sayt:

    www.isic.az