endirimler.az


Azərbaycan üzrə turların qiymətlərinə dair 13.05.10-cu il tarixli icmal
May ayında istirahət haqqında arzular reallığa daha çox yaxınlaşır, turizm agentliklərinin rəngbərəng posterləri artıq fantastik və uzaq bir şey kimi görünmür. Onlara baxanda Siz özünüzü artıq o fantastik günəşli çimərliyin sahilində uzanmış qarabuğdayı xoşbəxt cavan oğlanın və ya gözəl təbəssümlü qızın yerində hiss edirsiniz. Dərhal harasa yola düşmək və o cənnət həzzini duymaq həvəsi Sizi gözünüzə dəyən və nağıllardakı uzaq ölkələrə səyahətləri xatırladan hər şeyi nəzərdən keçirməyi sövq edir.
Ancaq çoxdan gözlədiyiniz məzuniyyət yaxınlarda həyatınızda baş verəcək şad hadisə kimi görünmürsə, doğma ölkədə, gözəl dağlar qoynunda, meşələrdə və ya çay kənarında, qalanmış manqal üstündə qoxusu ilə ətrafı bürüyən kababın bişirilməsi mütləq şərt olan istirahət forması Sizi sakitləşdirə və pozulmaq üzrə olan əhvalınızı yaxşılaşdıra biləcək həmin alternativdir.
Təbiətin qoynunda qısa bir neçə gün keçirməyi planlaşdıranlar üçün turizm agentliklərinin Azərbaycanın müxtəlif rayonları üzrə qrup turlarına olan tariflərini dərc edirik.
Ziya Turizm
Qrup şəklində istirahət edən turistlər üçün proqram aşağıda göstərilmişdir:
Quba, 16 may - 11 AZN, 30 may – 28 AZN
Qəbələ, 23 may – 28 AZN
Masallı, 30 may – 25 AZN
Qobustan, 23 may – 7 AZN (tur məktəblilər üçün nəzərdə tutulmuşdur)
Verilmiş turlara qoşulanlar üçün agentlik sonrakı turlarda iştirak etməkdə 10% endirim təklif edir.
Dervish Travel
1 nəfərin iki yerlik yerdə 1 sutka qalması:
Qəbələ (səhər yeməyi daxil olmaqla) – 35 AZN
Masallı (səhər yeməyi daxil olmaqla) – 25 AZN
Quba (səhər yeməyi daxil olmaqla) – 25 AZN
Şəki (səhər yeməyi daxil olmaqla) – 25 AZN
Qax (səhər, nahar, şam yeməyi daxil olmaqla) – 30 AZN
Improtex Travel
Şirkət respublika üzrə bir çox turları təklif edir. Lakin onların sırasında ən maraqlısı, mənim fikrimcə, su quşlarına ov və balıq tutma nəzərdə tutan Mingəçevir turudur.
Onun müddəti- 3 gün / 2 gecə.
Bu turun marşrutu: Bakı – Mingəçevir – Kür çayı – Varvara su anbarı – Bakı.
Turun qiyməti (AZN ilə, 1 nəfər üçün, при размещении в отеле “River Side” otelində, Dbl / Twin nömrələrdə yerləşmə ilə) | ||
| Gediş haqqı daxil deyil | Bakı – Mingəçevir – Bakı nəqliyyatı ilə gediş haqqı daxildir | |
| Fərdi, 2 nəfər | 310 AZN | 455 AZN |
| Qrup, 4 nəfər | 350 AZN | 420 AZN |
| Qrup, 6 nəfər | 315 AZN | 360 AZN |
| Sgl üçün əlavə ödəniş | 130 AZN | 130 AZN |
Turun qiymətinə aşağıdakı xidmətlər daxildir:
- avtonəqliyyatın icarəsi
- 10 və 3 yerlik sürətli çay katerlərinin icarəsi
- kiçik 2 yerlik qayıqların icarəsi
- “River Side”4* otelində yerləşmə (2 gecə) +
- 2 dəfə yemək, Lanç-Barbekü
- ekskursiya xidmətləri
- balıq tutmaq üçün giriş-icazə haqqı (6 kq-a dək)
ADVENT TUR
Turlar:
Qəbələ, 1 günlük – 29 AZN - 1 nəfər
2-günlük - 65 AZN – 1 nəfər
Turun qiymətinə daxildir:
- nəqliyyat
- ekskursiya
-səhər, nahar, şam yeməyi (nahar və şam yeməyi yalnız iki günlük tur üçün)-oteldə gecələmə (yalnız iki günlük tur üçün)
Şəki, 2 günlük – 69 AZN – 1 nəfər
Turun qiymətinə daxildir:
- nəqliyyat
- pulsuz ekskursiya
- səhər, nahar, şam yeməyi
-oteldə gecələmə
Qobustana ekskursiya
15 AZN - 1 nəfər
Turpaketə daxildir:
-nəqliyyat
-yüngül səhər yeməyi
-ekskursiya
CASPIAN Travel Agency
Dağlarda Cip Safari
8 nəfərlik qrupla: 235 AZN - 1 nəfər.
Müddəti – 3 gün, 2 gecə
Qiymətə daxildir:
- qonaq evində, iki yerlik nömrələrdə yerləşmə
- tam yemək
- sürücüsü ilə avtomobillərin icarəsi
- Bakı – Lahıc – Bakı sahəsində nəqliyyat
- bələdçi xidməti
-kənd evində gecələmə
Bakı – Qəbələ 28 – 30 may
Qiyməti: 115 AZN – 1 nəfər
Müddəti – 3 gün, 2 gecə
Tam yemək
Qrupu bələdçi müşayiət edir
Yerləşmə - “Duyma” otelində, iki yerlik nömrələrdə (Qəbələ r-nu)
TURIZM.AZ
Şirkət iki günlük qrup turlarını təklif edir.
Zaqatala – Balakən – Qəbələ turu - 28-30 may
Müddəti – 2 gün, 1 gecə
Qiyməti: 69 AZN – 1 nəfər
Turun qiymətinə daxildir:
- nəqliyyat
- pulsuz ekskursiya
-səhər, nahar, şam yeməyi
- hovuz, trenajorlar, futbol
-diskoteka
-Zaqatala Olimpiya komleksində gecələmə.
Şəki - Zaqatala turu - 18-20 iyun
Müddəti – 2 gün, 1 gecə
Qiyməti: 75 AZN – 1 nəfər
Turun qiymətinə daxildir:
- nəqliyyat
- pulsuz ekskursiya
-səhər, nahar, şam yeməyi
- hovuz, trenajorlar, futbol
-diskoteka
-Zaqatala Olimpiya komleksində gecələmə.
Qəbələyə tur - 22-23 may və 12-13 iyun
Müddəti – 2 gün, 1 gecə
Qiyməti: 59 AZN – 1 nəfər
Turun qiymətinə daxildir:
- nəqliyyat
- pulsuz ekskursiya
-səhər, nahar, şam yeməyi
-diskoteka
-istirahət mərkəzində gecələmə.
Masallı – Yardımlı turu - 26-27 iyun
Müddəti – 2 gün, 1 gecə
Qiyməti: 58 AZN – 1 nəfər
Turun qiymətinə daxildir:
- nəqliyyat
- pulsuz ekskursiya
-səhər, nahar, şam yeməyi
-diskoteka
-sağlamlıq komleksində gecələmə.
VIA Group
“Qobustan – mədəniyyət irsi” Qiymətlər:
2 – 4 nəfərlik: 77 avro – 1 nəfər
5 – 15 nəfərlik.: 46 avro – 1 nəfər
16 – 25 nəfərlik.: 38 avro – 1 nəfər
Paketə daxildir:
Proqrama müvafiq olaraq:
Kondisioneri və mikrofonu olan 1 avtobus və ya mikroavtobus
1 bələdçi
Adambaşı 1 butulka mineral su
Ekskursiyalar, giriş biletləri.
Millennium Tour
Bakı – Qəbələ
Müddəti – 2 gün, 1 gecə
“Qafqaz Resort”5* otelində yerləşməklə turun qiyməti 130 AZN
“Qəbələ”3* otelində yerləşməklə turun qiyməti - 70 AZN
Bakı - Lerik
Müddəti – 2 gün, 1 gecə
Qiyməti: 65 AZN - 1 nəfər
Qiymətə daxildir:
Nəqliyyat xərcləri
Səhər, nahar, şam yeməyi
Gecələmə.
Məqalədə yuxarıda göstərilən turizm agentliklərinin rəsmi mənbələrində verilən məlumatlardan istifadə olunmuşdur.
Xüsusilə www.endirimler.az üçün Zarema Hüseynovanın müstəqil icmalı.
13.05.10-cu il
