X
Redaksiyanın seçimi

Bank VTB-dən (Azərbaycan) Yeni il aksiyası

Keçirilmə müddəti:

Başlama tarixi: 01.12.2016  Bitmə tarixi: 31.01.2017
ELANIN MÜDDƏTİ BİTİB, QÜVVƏDƏN DÜŞMÜŞ SAYILIR
Məlumat əlavə edilib: 01.12.2016
Bankın mətbuat xidmətindən verilən məlumata görə, aksiya çərçivəsində bank müştərilərinə pərakəndə məhsullar üzrə endirim və bonuslar hədiyyə edəcək. Aksiya 1 dekabr 2016-cı ildə başlayır və 31 yanvar 2017-ci ildə başa çatır.

Bu müddət ərzində fərdi bank seyflərini icarəyə götürən müştərilər əhəmiyyətli endirim əldə edəcək. Seyflərin ölçüsü və icarə müddətindən asılı olaraq endirim 50%-dən çox olacaq. İcarənin maksimal müddəti 12 aydır.

Manatla depozit açan müştərilər bankın mövcud faiz dərəcələrinə əlavə +1% əldə edəcək. Milli valyutada olan depozit üzrə illik faiz dərəcəsi müddətdən və faizlərin ödənişinin şərtlərindən asılı olaraq 18%-dək artacaq.

Yeni il aksiyası dövründə bank “Depozit girovlu kredit” məhsulu üzrə də yeni şərtlər təklif edir. Kreditin faiz dərəcəsi depozit müqaviləsinin illik faizinin +2% təşkil edir. Qeyd edək ki, standart şərtlərə əsasən, kreditin faiz dərəcəsi depozitin illik faiz dərəcəsinə +4% təşkil edir.
“Zolotaya Korona”, “Blizko”, “Contact”, “Monex” pulköçürmə sistemləri vasitəsi ilə 1000 manatdan (və ya valyuta ekvivalenti) artıq pul vəsaiti göndərən və alan müştərilərə bank 1 il müddətinə pulsuz Visa Classic (və ya Visa Electron) debet plastik kartı hədiyyə edəcək.

“Paket sığorta” məhsulu çərçivəsində ”KASKO” sığorta paketi alan müştərilər hədiyyə olaraq 1 illik Visa Gold debet kartı qazanacaq.

Daha ətraflı məlumatı 24 saat xidmət göstərən 986 nömrəli Çağrı Mərkəzindən almaq mümkündür.
Baxışların sayı428
Reytinq0/ 0

Şirkətin son elanları

    Kateqoriyanın digər elanları

    • Bank of Baku, tibb işçilərinə özəl 3 yeni kampaniyaya start verir!

      Bank of Baku, tibb işçilərinə özəl 3 yeni kampaniyaya start verir!

      17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münas
      Baxışların sayı66
      Reytinq0/ 0
    • Bank Respublika-dan Əmanətlər üzrə İKİQAT FAYDA

      Bank Respublika-dan Əmanətlər üzrə İKİQAT FAYDA

      İndi Bank Respublika-da əmanət hesabı açan müştəri
      Baxışların sayı107
      Reytinq0/ 0
    • Unibankdan Bayraq günü hədiyyəsi

      Unibankdan Bayraq günü hədiyyəsi

      Unibank Azərbaycan xalqını Dövlət Bayrağı günü mün
      Baxışların sayı699
      Reytinq0/ 0
    • Expressbank "SmileCard" taksit kartını təklif etdi

      Expressbank "SmileCard" taksit kartını təklif etdi

      Smilecard – hər yerdə istifadə oluna bilən, taksit
      Baxışların sayı700
      Reytinq0/ 0
    • Unibank Cashback xidmətini genişləndirdi

      Unibank Cashback xidmətini genişləndirdi

      İndi Unibank-ın bütün əmək haqqı kartları və eləcə
      Baxışların sayı735
      Reytinq0/ 0
    Bank VTB-dən (Azərbaycan) Yeni il aksiyası

    VTB Bank

    Əlaqə

    Ünvan:

    Nizami küç., 96
    Telefonlar:
    (012) 492 00 80